Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tezliklə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini təsdiqləyib. Bu barədə “Boyukmillet.com” UNİAN-a istinadən xəbər verir. “Hələlik (görüş-red) 10-a (martın 10-a-red) planlaşdırılır. Görək o, Antalyaya gələcəkmi, onda mən də təyyarə ilə uçacam. Oturub danışaq”, – Kuleba telemarafonda çıxışı zamanı deyib. “Cənab Lavrova ilk sözlər çox sadə olacaq. Mən ona deyəcəm: “Cənab Lavrov, hesab edirəm ki, bu …
Read More »Yearly Archives: 2022
Britaniyanın Baş naziri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən bankların fəaliyyəti və ya onların SWIFT sisteminə çıxışının məhdudlaşdırılması sahəsində məhdudiyyətlərin artırılmasına dair çağırış edib. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. “Etiraf etməliyik ki, sanksiyalarla bağlı daha çox iş görməliyik. Biz daha çox şey edə bilərik və bunu etməliyik”, – o, bazar ertəsi “Sky News” telekanalının efirində …
Read More »Müdafiə Nazirliyi Rusiya tərəfinə çağırış edib: “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir”
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə …
Read More »XİN: “İndiyədək Ukraynadan Azərbaycana 3 138 nəfər təxliyə olunub”
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. İndiyədək Azərbaycana 3 138 nəfər təxliyə olunub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir. “Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən …
Read More »Ukraynanı fəlakətə sürükləyən iki amil: Putini şovinistliyi, Zelenskinin diletanlığı…
Rusiyanın Ukraynaya təcavüzünü birmənalı pisləyirəm. Ancaq gəlin hadisələrin bu axarda getməsində Zelenskinin də buraxdığı səhvlərdən danışaq. Yaxşı siyasətçi, dövlət rəhbəri odur ki, xalqını, dövlətini mümkün təhdidlərdən, hətta işğaldan qoruya bilsin. Bunun üçün heç də əlinə silah alıb, özündən qat-qat güclü ölkə ilə vuruşmamalısan. Hədəfdən yayınmağın başqa diplomatik yolları da var. Rusiyanın daxilində baş verən bənzər bir nümunəni diqqətinizə çatdırıram. Ötən …
Read More »Ukraynadan sonra Polşada da səfirliyimiz “SİNİFDƏ QALDI”: “Vətəndaşlarımız küçəyə atılır” -Video
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynadan Polşaya keçən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli məlumat verib. Samir Adıgözəllinin sözlərinə görə, Polşadakı Azərbaycan səfirliyi və konsulluğu Polşaya sığınan azərbaycanlılarla maraqlanmır: “Varşavada “Merkuri” otelinin qarşısında çoxlu sayda azərbaycanlılar yığışıb. Onlar Azərbaycana dönmək istəyir. Ancaq bunun üçün təyyarə yoxdur. Məlumat verildi ki, azərbaycanlılar oteldən çıxarılıb, hansısa düşərgəyə …
Read More »Ukrayna və Rusiyanın XİN başçıları Antalyada görüşəcəklər
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada görüşəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər. M.Çavuşoğlu deyib ki, görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.
Read More »Rusiya hökuməti onlara dost olmayan ölkələrin siyahısını tərtib edib
Rusiya hökuməti onlara dost olmayan ölkələrin siyahısını tərtib edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd imzalanıb. Siyahıya ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan daxildir. Siyahı Rusiya Prezidentinin 5 mart 2022-ci il tarixli “Bəzi xarici …
Read More »“Xarkovdakı fəxri konsulluğumuzun binasının vurulması yolverilməzdir, Azərbaycan bu cinayəti törədənlərdən izahat gözləyir”
“Təəssüflər olsun ki, Rusiya nüvə silahı istisna olmaqla hərbi potensialının bütün imkanlarından istifadə edərək Ukraynanı yerlə-yeksan etməkdədir. Rusiya tərəfindən rəsmi şəkildə yalnız hərbi obyektlərin vurulması ilə deyilən fikirlərin həqiqətlə heç bir əlaqəsi yoxdur”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Rusiya tərəfindən təkcə hərbi obyektlər deyil, uşaq bağçaları, məktəblər və …
Read More »Zakir Həsənov ermənilərin təxribatlarına dərhal adekvat cavabın verilməsi barədə tapşırıqlar verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi ilə bağlı tapşırıqlar verib. Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bildirib. Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş hazırlığının daim …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar