Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən azan verilib. Boyukmillet.com xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib. Bundan başqa, Şuşadan Xankəndi istiqamətində səsgücləndirici vasitəsilə Azərbaycanın Dövlət Himni, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası da səsləndirilib.
Read More »Yearly Archives: 2022
Neft gözlənilən tədarük problemləri ilə əlaqədar bahalaşır
Dünyada neftin qiyməti 8% yüksəlib, tədarük ilə bağlı narahatlıqlar səbəbindən kotirovkalar 2008-ci ildəki rekorda yaxın səviyyəyə çatıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu hərrac məlumatlarından görmək olar. Saat 12:36-ya olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 7,72% artaraq bir barelə görə 127,23 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 7,21% bahalaşaraq 124,02 dollar/barelə çatıb. Ötən gecə …
Read More »Kiyevin ətrafı artilleriya atəşinə tutulur
Ukraynanın paytaxtı Kiyev ətrafına şiddətli artileriya atəşləri davam edir. Boyukmillet.com xəbər verir ki, ötən axşamdan Rusiya Silah Qüvvələrinin hücumları ilə müşayiət olunan paytaxtın şimal-qərb, şimal-şərq və şərq istiqamətində hələ də atəş səngiməyib. Ağır artilleriya atəşləri paytaxtın mərkəzində də aydın eşidilir. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi martın 7-də yerli vaxtla saat 10.00-dan etibarən Ukraynada sükut rekimi elan etdiyini açıqlayıb.
Read More »Makron: “Fransa Azərbaycanla Avropa İttifaqı arasında əlaqələri gücləndirmək arzusundadır”
“Fransa həmçinin Azərbaycanla Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır”. Boyukmillet.com-un xəbərinə görə, bu, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb. “Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə …
Read More »İlham Əliyev: “Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq”
“Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb. “Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh …
Read More »Prezident Azərbaycan qadınlarını təltif edib – SİYAHI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarını “Tərəqqi” medalı ilə təltif edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı sərəncam imzalayıb. Sərəncəmla, Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Ağayeva Lyubov Aleksandrovna Axundova Nəcibə Novruz qızı Alızadə Sevinc Əsgərxan qızı Əfrasiyabova Dilarə Paşa qızı İmanova …
Read More »İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Boyukmillet.com-un məlumatına görə, təbrikdə deyilir: “Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol …
Read More »Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam …
Read More »Ukraynanın şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub
Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub. Bu barədə “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev Şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər “Qrad” atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb. Azərbaycanlılar vaxtında …
Read More »Tərtərdə silah-sursat aşkar edilib
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Boyukmillet.com”a verilən məlumata görə, Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar