Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırılıb

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb. Bu barədə Boyukmillet.com “Report” istinadən xəbər verir. Qeyd edilir ki, qərar həmin ölkələrin rəsmilərinə də şamil edilir. Qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub. Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem …

Read More »

Makron Zelenski ilə telefonla danışıb

Fransa Prezidenti Emmanuel Makronla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub. “Boyukmillet.com”un məlumatına görə, bu barədə Fransa rəhbəri tivter hesabında yazıb. “Bu gün mən Prezident Putinlə, sonra Prezident Zelenski ilə danışdım. Biz Rusiyaya qarşı qoyulan prioritet tələblərdən əlavə, Ukraynanın mülki nüvə obyektlərinin bütövlüyünü qorumağa çalışırıq: atəşkəs və mülki əhalinin müdafiəsi”, – Fransa lideri qeyd edib.

Read More »

Beynəlxalq Cüdo Federasiyası Putini təşkilatdakı vəzifəsindən kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası (İJF) Rusiya Prezidenti Vladimir Putini və milyarder Arkadi Rotenberqi təşkilatdakı bütün vəzifələrindən uzaqlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Rusiyanın dövlət başçısı və dostu dünya cüdo rəhbərliyi ilə sıx bağlı idi. Bundan əlavə, Rotenberq Rusiya Hokkey Federasiyasının idarə heyətinin rəhbəridir. Xatırladaq ki, Beynəlxalq Cüdo Federasiyası fevralın 27-də Putinin təşkilatın fəxri …

Read More »

Bu gün peşə məktəblərinin üç mindən çox şagirdi imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. DİM-dən “Report”a verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlar peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazilərə uyğun müəyyən olunub. Bu gün 3 254 şagirdin (Bakı şəhəri üzrə Binəqədidə 269, Xətaidə 129, Xəzərdə 112, Nərimanovda 387, Sabunçuda 300, …

Read More »

ATƏT Ukraynanı tərk edir

ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Xüsusi Monitorinq Missiyasının hesabatında deyilir. “Misiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi demək olar, başa çatıb. Son qrup – missiyanın rəhbəri və yüksək səviyyəli rəhbərlik indi Ukraynanı tərk edəcək”, – hesabatda deyilir. Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkədən gediblər. “Əvvəllər Kramatorsk və Severodonetskdə yerləşən missiyanın …

Read More »

Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək. Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə – Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. …

Read More »

Həbib Nurməhəmmədovun adı Şöhrət Zalına daxil edilib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov Şöhrət Zalına daxil edilib. Boyukmillet.com UFC-nin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı idmançı adı buraya salınan ilk Rusiya təmsilçisi olub. Şöhrət Zalına idmanın inkişafına həlledici təsir göstərmiş insanlar salınır. Qeyd edək ki, Həbib Nurməhəmmədov 2020-ci ilin oktyabrında karyerasını bitirib. O, karyerası ərzində 29 döyüşünün hamısını qələbə ilə başa vurub. …

Read More »

Şuşadan Xankəndi istiqamətində azan səsləndirilib

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşada yerləşən məscidin minarələrindən Sübh namazına azan verilib. Boyukmillet.com xəbər verir ki, azan səsi Şuşadan Xankəndi istiqamətində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib. Bundan başqa, gün ərazində səsgücləndirici vasitəsilə Şuşadan Xankəndi tərəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürası da səsləndirilir. Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada Yuxarı …

Read More »

Yeni Azərbaycan Partiyası xalqına ən yaxın siyasi təşkilatdır

“Azərbaycanda bütün siyasi partiyaların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının aparıcı rolu xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası hakim partiya olaraq iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə …

Read More »

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə tutulub. Bu barədə Boyukmillet.com Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hadisə ilə bağlı dərhal Rusiya …

Read More »