Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib. “Bouyukmillet.com”un məlumatına görə, hadisələr Saray və Hokməli qəsəbələrində qeydə alınıb. Belə ki, Saray qəsəbə sakini, 1985-ci il təvəllüdlü Firuzə Kərimova və Hökməli qəsəbə sakini, 2007-ci il təvəllüdlü Mustafayeva Rəsmiyyə Qənbər qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hər iki fakt araşdırılır.

Read More »

Avropada qazın qiyməti 2 000 dollara yaxınlaşıb

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda hər min kubmetr üçün 2 000 ABŞ dollarına yaxınlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Londonda yerləşən ICE birjasının məlumatları təsdiq edir. Niderlandın TTF mərkəzində aprel fyuçerslərinin qiyməti 1 997 ABŞ dollarıdır. Ümumilikdə bir sutka ərzində qazın qiyməti 43% artıb. Bundan əvvəl Avropada qazın qiyməti 2021-ci ilin dekabr ayının sonunda qeydə alınan tarixi rekordu qıraraq 2 …

Read More »

Rusiya İzyum şəhərini bombalayıb, uşaqlar da daxil olmaqla bir neçə nəfər ölüb

Rusiya hərbçiləri Ukraynanın Xarkov əyalətinin İzyum şəhərini bombalayıb. “Boyukmillet.com”un UNİAN-a istinadən məlumatına görə, bu barədə şəhərin meri Volodimir Matsokin bildirib. O, Rusiya hərbçilərinin şəhərə növbəti hücumu barədə məlumat verib. Volodimir Matsokinin sözlərinə görə, atəş nəticəsində ölənlər var. Mer bildirib ki, hücum yerli vaxtla saat 23:59 radələrində başlanıb, hündürmərtəbəli binaya və fərdi yaşayış evinə zərbə endirilib. Fərdi evdə azı 6 mülki …

Read More »

Bakıda Azərbaycan-BMT əməkdaşlığının 30 illiyinə həsr olunmuş sərgi açılıb

Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərginin açılışı olub. Boyukmillet.com xəbər verir ki, sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak ediblər. Nazir müavini sərgidə 30 illik əməkdaşlığın əsas hadisələrinin əks olunduğunu bildirib. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan uzun yol keçib və BMT-nin …

Read More »

Kiyev sakinləri kütləvi olaraq şəhəri tərk etməyə çalışırlar – FOTOREPORTAJ

Ukraynanın paytaxtı Kiyevin dəmiryol vokzalında izdiham yaşanır. Boyukmillet.com xəbər verir ki, şəhər sakinləri kütləvi olaraq Kiyevi tərk etməyə çalışırlar. Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən ciddi texnika itkisinə baxmayaraq Rusiya ordusu Kiyevə hücumu davam etdirir. Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları üçün bugün yerli vaxtla 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola …

Read More »

Zelenski: “Moskvanın dəstəyinə ümid etdiyi ölkələr Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”

“Moskvanın bir həftə əvvəl dəstəyinə ümid etdiyi ölkələr artıq Ukraynanın müharibə əleyhinə koalisiyasına qoşulub”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa video-müraciətində deyib. “Savaş dövründə biz Avropanı birləşdirdik. Təkcə dövlətlər yox, həm də xalqlar, siravi insanlar səviyyəsində bunu etdik. Dünən Avropa Parlamentində bizi alqışlamaları həm də mübarizəmizin alqışlanması, səylərimizin qiymətləndirilməsi idi”, – Prezident bildirib. V.Zelenski deyib ki, …

Read More »

Ukrayna Prezidenti: “Rusiyanı Beynəlxalq Məhkəmə gözləyir”

“Rusiya vətəndaşları əmanətlərini itirir, eyni zamanda istənilən perspektivlərini itirmiş olurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 2-də yayımladığı video-müraciətində bildirib. “Rusiya idman yarışları və dünya mədəniyyətini unuda bilər. Onu Beynəlxalq Məhkəmə gözləyir. Rusiya üçün bunun yekunu nədir? Bu ölkənin bayrağı idman yarışlarında görünməyəcək. Müasir dünya mədənəiyəti artıq onlar üçün bağlı olacaq. Rusiya istehsalı olan malları bütün …

Read More »

Ermənistan müxalifəti prezident seçkisini boykot edib

Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkisi ilə bağlı keçirilən müzakirəni boykot edib. Boyukmillet.com xəbər verir ki, parlamentin spikeri vəzifəsini müvəqqəti icra edən Akop Arşakyan 65 deputatın Ermənistan prezidenti vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı namizəd kimi təqdim etdiyini bildirib. Bundan sonra “Şərəf məndədir” və “Hayastan” fraksiyalarının üzvləri iclas zalını tərk ediblər. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının fraksiyasının rəhbəri Hayk Konjoryan …

Read More »

Ukraynanın daha iki məşhur idmançısı müharibəyə qoşulub

Ukraynanın boks üzrə sabiq dünya çempionları Sergey Dzinziruk və Andrey Kotelnik Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə keçmiş idmançılar instaqram hesablarında paylaşımlar ediblər. Qeyd edək ki, Andrey Kotelnik 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Daha əvvəl Moldovanın “Şerif” klubunun baş məşqçisi Yuri Vernidub və ölkənin məşhur boksçusu Aleksandr Usik də bu …

Read More »

Vladanka Andreyeva: “Azərbaycan beynəlxalq arenada güclü tərəfdaşdır”

“Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında il ərzində əməkdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib. “Bu il əməkdaşlığın qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Otuz il əvvəl əməkdaşlığa başlayanda Azərbaycan gənc ölkə idi, bu gün isə o, beynəlxalq arenada güclü tərəfdaşdır”, – BMT-nin rezident-koordinatoru deyib. …

Read More »