Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

ASCO-nun Qara və Azov dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib 

Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib. “Qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib. Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə …

Read More »

Prezident İlham Əliyev Eldar Mansurovu təltif edib

Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub. Qeyd edək ki, E.Mansurov 1952-ci il fevralın 28-də Bakıda anadan olub. Bu gün onun 70 yaşı tamam olur.

Read More »

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın hücumları ilə bağlı son durumu açıqlayıb

“Rusiya işğalçıları tempi azaltsa da, Ukraynada müxtəlif istiqamətlərdə uğur əldə etməyə səy göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: “Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”. Nazirliyin informasiyasına …

Read More »

Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib. Boyukmillet.com  bu barədə quruma istinadən xəbər verir. Təsdiq edilmiş yeni bəyannamə formaları aşağıdakılardır: – Əlavə dəyər vergisinin bəyannaməsi (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları; – …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.02.2022)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com  xəbər verir ki, avronun məzənnəsi 0,66 % azalaraq 1,8950 manat, Rusiya rublunun məzənnəsi isə 21,5 % geriləyərək 0,0157 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,89501 Rusiya rublu0,01571 Avstraliya dolları1,22091 Argentina pesosu0,01581 Belarus rublu0,61861 Braziliya rialı0,32991 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1108100 Cənubi Koreya vonu0,14101 Çexiya kronu0,0757100 Çili pesosu0,21191 Çin yuanı0,26931 Danimarka kronu0,25471 Gürcü …

Read More »

Albaniya Millətlər Liqasında Rusiya ilə oynamaqdan imtina edib

Albaniya millisi UEFA Millətlər Liqasında Rusiya yığması ilə oynamaqdan imtina edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Olta Caçka açıqlama verib. Nazir iyunda planlaşdırılan matç daxil olmaqla, Rusiyaya qarşı bütün idman qarşılaşmalarının ləğv olunacağını bildirib. Qeyd edək ki, bu komandalar B Liqasının II qrupunda mübarizə aparacaqlar. Rusiya ilk turda iyunun 2-də səfərdə Albaniya ilə üz-üzə gəlməlidir. …

Read More »

İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək

İtaliya Ukraynaya 110 milyon avro dəstək verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo bildirib. Həmin vəsaitlər Ukrayna əhalisini və iqtisadiyyatını dəstəkləmək üçün istifadə olunacaq. Di Mayo qeyd edib ki, 110 milyon avro maliyyə Kiyevlə razılaşdırılacaq sahələrə yönəldiləcək.

Read More »

Danimarka XİN ölkə vətəndaşlarına Rusiyaya səfərə getməməyi tövsiyə edib

Danimarka Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya hər hansı səfərə getməməyi tövsiyə edib. Boyukmillet.com xəbər verir ki, bundan əlavə, danimarkalı turistlərə Rusiya Federasiyasından kommersiya reysləri ilə getmək imkanı qaldığı halda geri qayıtmaları tövsiyə olunur. Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Avropaya uçuşlara qadağa qoyması riski var. “Yaxın gələcəkdə Avropa (ölkələri-red) və Rusiya arasında səyahət çox çətin ola bilər”, – Xarici …

Read More »

Türkiyəli mütəxəssis “Traktor”un baş məşqçisi olub

İranın “Traktor” klubunun yeni baş məşqçisi bəlli olub. Boyukmillet.com xəbər verir ki, komanda türkiyəli Ertuğrul Sağlama tapşırılıb. 53 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Ertuğrul Sağlam 2010-cu ildə “Bursaspor”la Türkiyə Super Liqasının qalibi olub.

Read More »

Sumqayıt hadisələri: Ermənilərin təxribatından 34 il ötür

Sumqayıt hadisələrindən 34 il ötür. Boyukmillet.com xəbər verir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, antiazərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən …

Read More »