Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Moldova parlamenti sədrinin azad edilmiş ərazilərə səfəri başlayıb

Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur. Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.

Read More »

I Qarabağ müharibəsi əlillərinə ödənişlərlə bağlı sənədlərin elektronlaşması iyunadək başa çatacaq

I Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə dəqiq siyahıyaalma istiqamətində iş gedir. Bunu “Report”un sualına cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlər ya olmayıb, ya da çox məhdud sayda olub: “Ona görə də bu sahədə …

Read More »

“Şuşa və Moskva bəyannamələri Azərbaycanın təhlükəsizliyinə zəmanət verir”

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib. Onun fikrincə, Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda …

Read More »

Nazir: “Şuşada konservatoriya bərpa oluna bilər”

“Şuşada konservatoriyanın bərpası ilə bağlı təkliflər var”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib. Onun fikrincə, Şuşanın ənənələri özünə qayıtmalıdır: “Müəssisələrimiz bərpa edilməlidir. Şuşanın Baş Planı hazırlanır və mədəniyyət mərkəzlərinin bərpası Baş Planda yer alıb”.

Read More »

Sərhədin Zəngilan istiqamətindən Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 5 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, fevral ayının 20-də saat 00:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. …

Read More »

Prezident İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında “TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya və Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib. TASS ilə AZƏRTAC-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya …

Read More »

Moskva Bəyannaməsi – ərazi bütövlüyü və təhlükəsizliyə daha bir qarant

Azərbaycan üçün Rusiyanın əhəmiyyəti birmənalı deyil. Eləcə də Rusiyanın Azərbaycanın həyatında oynadığı rola münasibətə də fərqli yanaşmalar istisna edilmir. Sovetlər dağıldıqdan sonra onun varisi Rusiya ilə münasibətlərin yenidən qurulması rəsmi Bakının xarici siyasətinin prioritetlərindən olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra şimal qonşusu ilə əlaqələrin normallaşması və bərabərhüquqlu səviyyədə davam etdirilməsinə dair müxtəlif səviyyədə səfərlər olub, müqavilələr imzalanıb. Fevralın 21-də …

Read More »

Azərbaycan Rusiyanın ağuşuna atılır

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzaladı. Rusiyanın hökumət saytı bunu Rusiya ilə Azərbaycan arasında münasibətləri “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi xarakterizə edib. Bu müttəfiqlik Azərbaycana nə verəcək və bəyannamənin arxa planında əsl həqiqətlər nədir?Mövzu ilə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) sədri münasibət bildirib. Hazırda …

Read More »

Putin beynəlxalq vəziyyətin daha da mürəkkəbləşdiyini bildirib

NATO-nun fəaliyyəti və silahlara nəzarət sisteminin laxlatması təhlükələrlə doludur, beynəlxalq vəziyyət çətinləşir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz beynəlxalq vəziyyətin nə qədər çətin inkişaf etdiyini, silahlara nəzarət sisteminin yumşaldılması və ya NATO blokunun hərbi fəaliyyəti kimi mövcud çağırışlarla hansı təhlükələrlə dolu olduğunu görürük”, – dövlət başçısı deyib.

Read More »

Xocavənddə xeyli sayda partlayıcı vasitələr aşkar edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə partlayıcı vasitələrin aşkar edilərək təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən xeyli sayda partlayıcı vasitələr aşkar edilib. Tapılan 146 müxtəlif növ mərmi, 5 müxtəlif növ qumbara və 415 müxtəlif çaplı patron götürülərək …

Read More »