Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

XİN: Azərbaycan-Almaniya əməkdaşlığı dinamik inkişaf yolu keçib

Azərbaycanın Xarici İşlər Nazirliyi özünün tviter hesabında Almaniya ilə diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində qarşılıqlı faydalı əməkdaşlığımız dinamik inkişaf yolu keçib”.

Read More »

Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanacaq

Azərbaycanın təhsil naziri Emin Əmrullayev fevralın 20-də Gürcüstana rəsmi səfər edib. Boyukmillet.com  AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir. Emin Əmrullayev səfər çərçivəsində ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidəki abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil …

Read More »

Zərdabda narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Aqil İmranov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib. A.İmranovun narkotiki satdığı şəxslər …

Read More »

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 21-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 21-i gündüzdən 22-si səhərədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Read More »

Britaniya XİN rəhbəri: “Ukrayna ətrafında vəziyyət gələn həftə daha da pisləşə bilər”

“Qərb ölkələri gələn həftə Ukrayna ətrafında vəziyyətin kəskin pisləşməsinə hazır olmalıdır”. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. “XX əsrin əvvəllərindən bugünədək Avropanın təhlükəsizliyi üçün ən təhlükəli anlardan birini yaşayırıq. Biz görünməmiş birlik nümayiş etdirməliyik. Hesab edirəm ki, gələn həftə reallaşa biləcək ən pis ssenari üçün hazırlaşmaq …

Read More »

Braziliyada daşqın qurbanlarının sayı 152-yə çatıb, 165 nəfər itkin düşüb

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 152 nəfərə çatıb. Onlardan 27-si azyaşlıdır. Boyukmillet.com “Globo”ya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 165 nəfər itkin düşüb. Xilasedicilər dağıntılar altından sağ qalan 24 nəfəri çıxara bilib. İtkin düşənlərin axtarışlarına 500 xilasedici, 200 polis, o cümlədən hərbçilər və könüllülər cəlb olunub. Onların hesablamalarına …

Read More »

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirəcəyi qəbul imtahanında 17 097 bakalavrın iştirakı nəzərdə tutulub. Mərkəzdən verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi …

Read More »

Hikmət Hacıyev: “Biz Cənubi Qafqazda münaqişədən sonrakı…” – FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter səhifəsində paylaşım edib. O bildirib ki, üçgünlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən səyyahlarla görüşməkdən çox məmnun olub: “Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi …

Read More »

Bakıda şəhid ailələrinin iştirakı ilə kitab təqdimatı keçirilib

Bakıda şəhid ailələrinin iştirakı ilə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə hazırlanıb. Azyaşlı uşaqlar üçün nəzərdə tutulan kitab Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilib. Binəqədi rayonunda yerləşən 100 nömrəli tam orta məktəbdə keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti, …

Read More »

Biləsuvarda şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub

Biləsuvar rayonunun Çaylı kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin açılışı olub. “Report”un Muğan bürosunun məlumatına görə, tədbirdə müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan söhbət açıblar. Həmçinin şəhidlərin məzarları ziyarət edilib. Qeyd edək ki, Biləsuvar rayonunun Çaylı kəndi Vətən müharibəsində 7 şəhid verib.

Read More »