Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan bankirləri Şuşada toplaşacaq

Gələn ay Şuşada Azərbaycan banklarının rəhbər şəxslərinin iştirakı ilə görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, görüş Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutacaq. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan layihələr barədə təqdimatlar ediləcək, bankların bu layihələrin maliyyələşdirilməsində iştirak imkanları müzakirə olunacaq.

Read More »

Kiyevdə Xocalı soyqırımının 30 illiyinə həsr olunan elmi konfrans keçirilib

Kiyev şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalı soyqırımı və tarixi paralellər” adlı elmi konfrans keçirilib.Boyukmillet.com xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM)  ilə  Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) birgə təşkil etdiyi konfransda  Ukrayna Ali Radasının deputatı, elm, ictimai və siyasi xadimlər iştirak ediblər.BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxış edərək tarixdəki amansız soyqırımları, …

Read More »

Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli …

Read More »

Manaf Ağayevin Füzuliyə qanunsuz səfəri ilə bağlı polisdə xidməti yoxlama aparılır

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlama aparılır. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı polis əməkdaşlarının cəzalandırılması gözlənilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında xidməti yoxlama aparılması ilə bağlı faktı təsdiqləyib: “Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”. Qeyd edək ki, …

Read More »

Müğənni Manaf Ağayevə 15 sutka həbs cəzası verilib

Müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, …

Read More »

Şuşada Qarabağ xanlığı dövrünə aid yeni abidə aşkarlanıb

Şuşada Qarabağ xanlığı dövrünə aid olan yeni abidə aşkarlanıb. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov “Şuşa-270: Arxelogiyası, tarixi, etnoqrafiya və antropologiyası adlı respublika elmi konfransında çıxış edərkən deyib. “Fevralın 5-də məlumat aldıq ki, Şuşa şəhərində otel binası tikilərkən oradan tikinti qalıqları aşkarlanıb. Təcili olaraq ora əməkdaşlarımızı ezamiyyətə göndərdik. …

Read More »

”Azəriqaz”: “Magistral qaz kəməri çəkiləndən sonra “Ağıllı kənd” qazlaşdırılacaq”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Ağıllı kənd” layihəsinin reallaşdırıldığı Zəngilan rayonunun Ağalı kəndinin qazlaşdırılması məsələsinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ”Azəriqaz”ın Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib. “Hazırda Zəngilan rayonu istiqamətində böyük tutumlu magistral qaz kəmərinin çəkilişi layihələndirilir. Bu kəmər çəkildikdən sonra Ağalı kəndi qazlaşdırılacaq”, – deyə o, qeyd edib.

Read More »

Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb

“Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdə dostlarımızın, qardaşlarımızın haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləməyə çalışırıq”. Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. “Regionumuz gərgin dövrdən keçir. Belə bir vaxtda NATO müdafiə nazirlərinin iki günlük iclası baş tutdu. Toplantıda başda Ukrayna məsələsi olmaqla Alyansın gündəmində …

Read More »

ABŞ səfirinin müavini müğənni Eldar Qasımovla gəzintiyə çıxıb, azərbaycanca mahnı oxuyub

Tanınmış azərbaycanlı müğənni Eldar Qasımov və ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərini nümayiş etdirmək üçün Bakı küçələrində elektromobillə gəzintiyə çıxıblar. Boyukmillet.com  xəbər verir ki, onlar gəzinti zamanı azərbaycanca mahnı ifa ediblər. Daha sonra səfir Litzenberger də onlara qoşulub.

Read More »