“Qardaşım Mövlud Çavuşoğlunun COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladım. Telefon söhbətində həmkarıma tezliklə sağalmasını dilədim”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb. “Qısa müddətdə Mövlud Çavuşoğlunu Azərbaycanda görməkdən məmnun olacağıq”, – nazir əlavə edib.
Read More »Yearly Archives: 2022
XİN-də işləmək istəyən və imtahanda zəif nəticə göstərən 13 nəfərin balı artırılıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri ilə əlaqədar təşkil edilmiş apellyasiya prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı və Naxçıvan şəhərlərində keçirilən imtahanın nəticələri ilə bağlı ümumilikdə 74 namizəd apellyasiyaya müraciət edib və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılıb. Bu müraciətlərdən 58-i xarici dildə, 56-sı Azərbaycan …
Read More »Vətən müharibəsində yaralanan 2 659 hərbi qulluqçuya əlillik təyin edilib
Vətən müharibəsində yaralanmış 2659 hərbi qulluqçuya əlillik və 5300-dən çox sosial ödənişlər təyin edilib. Boyukmillet.com ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir. Həmin şəxslərdən artıq 2659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq …
Read More »Ceyhun Bayramov Türkiyə XİN başçısına zəng edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib. Nazir Ceyhun Bayramov həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib. Xatırladaq ki, Türkiyə xarici işlər naziri …
Read More »İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlanıb – SİYAHI
İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdıqları minaların növləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, aşkar olunan minalar arasında plastik minalara daha çox rast gəlinir. “Əksəriyyətini düşmən tərəfinin istehsalı olan piyada əleyhinə minalar – PMN-G, həmçinin PMN-2, PMD-6, PMP minaları, tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük …
Read More »Azərbaycanın hazırladığı hesabat BMT-nin rəsmi sənədi kimi yayılıb
Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə …
Read More »Ərdoğan İsrail Prezidentinin Türkiyəyə səfərinə münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqun Türkiyəyə səfərinə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində danışıb. “İsrail Prezidenti, cənab Hersoqla müxtəlif məsələlərlə bağlı telefon danışıqları aparmışıq. Mart ayında ölkəmizi ziyarət edəcəyi gözlənilir. Təbii ki, bu səfəri müsbət qarşılayırıq. İnşallah, uzun müddətdən sonra belə bir addımın atılması Türkiyə-İsrail münasibətlərinə müsbət təsir …
Read More »Türkmənistanda icra başçısının müavini prezidentliyə namizəd olub
Türkmənistanda növbədənkənar prezident seçkilərində mübarizə aparacaq daha bir namizədin adı məlum olub. Boyukmillet.com xəbər verir ki, Türkmənistan Aqrar Partiyası prezident postuna Marı vilayəti başçısının müavini Ağacan Bəymuradovun namizədliyini irəli sürüb. Prezidentliyə namizədin doğum tarixi məlum olmasa da, onun 1995-ci ildə Türkmənistan Dövlət Memarlıq və İnşaat İnstitutunu bitirdiyi açıqlanıb. Beləliklə, o, indi ən azı 47-48 yaşlardadır. Ölkədə yalnız yaşı 40-dan çox …
Read More »Keçmiş icra başçısına məxsus klinikaya cərimə protokolu yazılıb
Bakıda klinikaya cərimə protokolu yazılıb. Boyukmillet.com xəbər verir ki, “Vimay-Med” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Aygün Qurbanovanın icraatına verilib. Məhkəmə iclası fevralın 17-nə təyin edilib. Bu xətaya görə, fiziki şəxslər iki yüz …
Read More »Ərdoğan: “Həm Putin, həm də Zelenski ilə təmasdayıq”
“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə dialoq və təmasdayıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib. “Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”, – dövlət başçısı vurğulayıb. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyası aparmaqla onun məsələlərə münasibətini öyrənəcək.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar