Prezident İlham Əliyev “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanla 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması, valideyn …
Read More »Yearly Archives: 2022
Ərdoğan Dubayın əmiri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin Dubay əmirliyinin başçısı Şeyx Məhəmməd bin Rəşad əl-Məktumla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. Qeyd edək ki, ötən gün Türkiyənin dövlət başçısı Abu Dabi Vəliəhd Şahzadəsi Şeyx Məhəmməd bin Zayed Nəhyanla görüşmüşdü. Xatırladaq ki, R.T.Ərdoğan 9 il aradan sonra BƏƏ-yə ilk dəfədir səfər edib.
Read More »Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq
İşğaldan azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub. Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib. Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat …
Read More »Teymur Abdullayev: “Zəngəzur dəhlizi ilə Türkiyə və Avropaya enerji ixrac ediləcək”
Yaxın perspektivdə Naxçıvandan Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkün olacaq. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib. “Bununla bağlı yaxın günlərdə Cəbrayıla Ağcabədidən 130 km, İmişlidən isə 132 km məsafədə 330 kV-luq xət çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə 5 yerdə kiçik su elektrik stansiyasının …
Read More »Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar elan olunub. E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb. Araşdırmalar davam edir. Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. …
Read More »Azad olunmuş ərazilərdə qaz şəbəkəsinin elektron xəritələri hazırlanıb
İşğaldan azad olunmuş ərazilərdə hazırlanmış elektron xəritələr və qaz təchizatı şəbəkəsi barədə texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir. “Hazırki mərhələdə mövcud qaz təchizatı şəbəkəsinin inventarlaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat …
Read More »ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri Leysan Məmmədov vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. L.Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. Xatırladaq ki, L.Məmmədov ötən ilin yayına qədər Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.
Read More »Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarını geri çəkməyə başlayır
Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarının bir hissəsini geri çəkməyə başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qərb və Cənub hərbi dairələrinin bölmələri təlimlərdən sonra öz bazalarına qayıtmağa başlayır. “Döyüş hazırlığı tədbirləri yekunlaşdıqca qoşunlar həmişə olduğu kimi, daimi dislokasiya məntəqələrinə kombinə edilmiş yürüşlər edəcəklər. Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq …
Read More »Azərbaycan jurnalistləri Ağdamdakı enerji obyektləri ilə tanış olacaq
Bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarına, “Qarabağ” rəqəmsal idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki eyniadlı yarımstansiya baş çəkəcəklər. “Ağdam-1” yarımstansiyası böyük və müasir enerji kompleksiin tərkibində yaradılıb. Kompleksin bir hissəsində 110 kV-luq açıq və 35, 10 …
Read More »Prokuror köməkçilərinə seminar keçirilib
Prokuror köməkçilərinə seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, ötən həftə qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının köməkçiləri cəlb edilməklə respublikanın 2 rayonunda 4 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında ilkin istintaq hərəkətləri aparılıb, izahatlar alınıb. Aparılan yoxlamaların nəticələri, həmçinin ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanan təcrübə ilə bağlı fevralın 11-də Lənkəran Rayon …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar