Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərdədir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Yearly Archives: 2022
Bakıda 30 məktəbin direktoru işdən çıxarılıb
2022-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib. Boyukmillet.com xəbər verir ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib. 172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Read More »Baş prokurora iki yeni köməkçi təyin edilib
Vüsal Əliyev Baş prokurorun xüsusi tapşırıqları üzrə köməkçisi, Ceyhun Hümbətov Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq sənədlər imzalanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a məlumat təsdiqlənib.
Read More »Laçından Xankəndi istiqamətində sülhməramlıların daha 4 avtomobili maneəsiz hərəkət edib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin avtomobillər Laçından Xankəndi istiqamətinə keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Qeyd edək ki, gün ərzində hər iki …
Read More »Avtomobil Agentliyindən əldə olunan gəlirlər, kimlərin cibinə gedib…
Boyukmillet.com saytının redaksiyasına Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyində işləmiş bir qrup vətəndaşdan müraciət daxil olub.Şikayətçilər problemlərinin səbəbkarı olaraq nazirliyin struktur rəhbəri Anar Rzayevi və nazir müavini Rəhman Hümmətovu görürlər. Rəhman müəllim 2021-ci ilin fevralında nazir müavini təyin olunur və elə o vaxtdan da bizə müraciət edən şəxslərin işi tədricən qara zolağa düşür. Müxtəlif bəhanələrlə işdə sıxışdırılırlar,əməkləri düzgün qiymətləndirilmir. Anar Rzayevin …
Read More »DTX İran kəşfiyyatına işləyən şəxsi ölkəyə gətirdi
Dövlət Təhlükəsizliyi Xidmətində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır. Boyukmillet.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətindən APA-ya verilən …
Read More »Quzey Kıbrıs XİN: “Suveren bərabərliyimizin tanınması ilə bağlı siyasətimiz prinsipial məsələdir”
Avropa İttifaqı (Aİ) Ümumi İşlər Şurasında alınan qərarla, qərardan sonra Rum Administrasiyasının (GKRY) Xarici İşlər Nazirliyinin verdiyi açıqlamanı tamamilə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir. Açıqlaamda qeyd olunur ki, Aİ-nin öz prinsiplərinə zidd olaraq qərar və bəyanatlarının yeganə məqsədi Kopenhagen kriteriyalarına uyğun gəlməyən, genişlənmə tələb edən Almaniyanı məmnun etmək …
Read More »Türkiyə XİN-dən XƏBƏRDARLIQ: “Bu addımlar Şərqi Aralıq dənizində gərginliyi artıracaq”
Heç bir ölkə, şirkət və ya gəmi Ankaranın icazəsi olmadan Şərqi Aralıq dənizində Türkiyə şelfində enerji ehtiyatlarının kəşfiyyatı və hasilatı ilə məşğul olmaq hüququna malik deyil. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç Kipr Rum administrasiyasının Şərqi Aralıq dənizində birtərəfli hərəkətlərini şərh edərkən deyib. O vurğulayıb ki, Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin …
Read More »Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir. Boyukmillet.com xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər. Hazırda ekofəalların və ekoaktivistlərin, eləcə də …
Read More »İlham Əliyev: “Biz gərək inamımızı itirməyək, onda istədiyimizə nail olacağıq”
“Biz gərək inamımızı itirməyək, onda istədiyimizə nail olacağıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib. “Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar