Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan XİN Serbiyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanı Milli Gün münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib. “Serbiya Respublikasının Milli Günü münasibətilə Serbiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Biz Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik”, – tvitdə qeyd olunub. Qeyd edək …

Read More »

Azərbaycan və Türkiyənin Müttəfiqlik Gününün təsis edilməsi təklif olunub

İyunun 15-nin Azərbaycan və Türkiyənin Müttəfiqlik Günü adlandırılması təklif olunub. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. “Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixinin Azərbaycan və Türkiyənin Müttəfiqlik Günü adlandırılmasını təklif edirəm”, – deputat vurğulayıb.

Read More »

Ermənistan hərbçiləri Azərbaycan mövqelərini iki istiqamətdə atəşə tutub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub. Habelə, məlumatda bildirilib ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı …

Read More »

Sabah Türkiyə hökumətinin iclası keçiriləcək, Ermənistanla münasibətlərin normallaşması müzakirə olunacaq

Sabah Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, toplantının gündəliyi məlum olub. İclasda Ermənistanla diplomatik əlaqələrin bərpasında son durum, Rusiya ilə Ukrayna arasındakı gərginlik, terrorla mübarizə və digər məsələlər müzakirə olunacaq. Eyni zamanda, BƏƏ ilə münasibətlər, Rusiya Prezidenti Vladimir Putinin və İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə nəzərdə tutulan səfəri …

Read More »

“Xocalı-30” adlı videoçarx hazırlanıb

Xarici ölkə vətəndaşlarının və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı videçarx hazırlanıb. Bildirilib ki, “Xocalıya ədalət”, “Xocalını unutmadıq” şüarlarının müxtəlif dillərdə səsləndiyi videoçarxda 50 nəfər iştirak edib. Hər bir xalqın nümyəndəsi bu şüarları öz dilində səsləndirib.

Read More »

Milli Məclisin yaz sessiyasının plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və …

Read More »

Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır

Şuşa və Cəbrayılda tikiləcək xəstəxanaların işçi layihələri hazırlanır. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə digər obyektlərlə yanaşı səhiyyə sistemi infrastrukturunun tam dağılıb və ya yararsız vəziyyətə gətirildiyindən əhalinin tibbi yardımla təmin olunması üçün müvafiq infrastrukturun yaradılmasının mərhələli şəkildə aparılması nəzərdə tutulur: “Azərbaycanın işğaldan azad edilən şəhər və rayonlarında səhiyyə xidmətlərinin təşkili istiqamətində işlər aparılır. Əhaliyə …

Read More »

Azərbaycan neftinin qiyməti 100 dollara çatır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 0,96% artaraq 99,7 ABŞ dollarına çatıb. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 95,89 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …

Read More »

İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq

Özbəkistan və İsveçrə eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın vəsaitinin rəsmi Daşkəndə qaytarılması məsələsində razılığa gəlib. Boyukmillet.com  Özbəkistan KİV-ə istinadən xəbər verir ki, Özbəkistan və İsveçrə danışıqların növbəti raundu keçirib. Danışıqlar zamanı iki ölkənin nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının yeni Çoxtərəfli Etimad Fondunun yaradılması barədə anlaşıb. Yeni fond İsveçrədə hələ də davam edən cinayət prosesinin bir hissəsi kimi gələcəkdə müsadirə …

Read More »

Füzuli sakinləri 5 kiloqramdan çox narkotiklə tutulub

Füzuli rayon sakinləri 5 kiloqramdan artıq narkotiklə tutulub. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Füzuli rayon sakinləri Seymur Vahidov və əvvəllər məhkum edilmiş Nicat Hüseynov saxlanılıblar. Araşdırma zamanı onlara məxsus 5 …

Read More »