Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Səfirlik: “Separatçı Arutyunyanı Rusiyada heç bir dövlət rəsmisi qəbul etməyib”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı bəyanat yayıb. “Report”un Rusiya bürosuna daxil olan məlumatda bildirilir ki, səfər zamanı Arutyunyan Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyib. “Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs …

Read More »

Mərkəzi Bankdan 500 manatlıqlarla bağlı açıqlama

500 manat nominallı xatirə pul nişanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Unikal.org-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd olunub ki, beynəlxalq təcrübəyə uyğun olaraq 500 …

Read More »

Maliyyə Nazirliyi ötən il 104 mln manat artıq və əsassız ödəniş aşkar edib

2021-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ümumilikdə 144 nəzarət obyektində apardığı tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsini aşkar edib. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, nəzarət tədbirlərindən 59-u Dövlət Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə …

Read More »

Azərbaycanda üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlanıb

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti ötən il üç icra hakimiyyətində maliyyə pozuntuları aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, qurum tərəfindən Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında nəzarət tədbirləri aparılıb. Nəticədə inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına …

Read More »

İran və Azərbaycan arasında ticarət dövriyyəsi 400 milyon ABŞ dolları təşkil edir

“Tezliklə Bakıda İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında bildirib. Səfirin sözlərinə görə, İran və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi baxımından böyük potensial mövcuddur və qarşıdan gələn iclas bu sahədə aktual məsələləri müzakirə etmək baxımından …

Read More »

Prokuror kriminal avtoritetə 19 il həbs cəzası istəyib

Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, prokuror onun 19 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Boyukmillet.com  xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib. Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Növbəti …

Read More »

Nazir Türkiyənin “Türkovac” vaksininin Azərbaycanda tətbiqinə münasibət bildirib

“Türkiyə istehsalı olan “Türkovac” vaksininin Azərbaycanda üçüncü faza mərhələsində sınaqdan keçirilməsi ilə bağlı hazırda texniki baxımdan müzakirələr gedir”. Bunu “Report”un sorğusuna cavab olaraq səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, Türkiyədən İşçi Qrup gəlib və onlara protokollar təqdim olunub: “Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Read More »

Nazir: “Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır, əsas səbəb “Omikron” ştamıdır”

“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Bunun əsas səbəbi “Omikron” ştamıdır. Çünki yeni ştam daha yoluxdurucudur”. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, hazırda ölkədə koronavirusla bağlı vəziyyət idarəolunan və nəzarət altındadır: “Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikron”la bərabar hələ “Delta” variantı da gündəmdir. Reanimasiyaya düşən …

Read More »

Sankt-Peterburq-Bakı reysi üzrə uçuşlara başlanacağı tarix açıqlanıb

Rusiyanın “Smartavia” aşağıbüdcəli aviaşirkəti martın 5-dən etibarən Sankt-Peterburq-Bakı-Sankt-Peterburq reysi üzrə uçuşlara başlayacaq. Boyukmillet.com aviaşirkətinə istinadən xəbər verir ki, reyslər hər şənbə günü həyata keçiriləcək. Pulkovo hava limanından uçuş saat 16:30-da, Bakıya eniş yerli vaxtla saat 21:15-də, qayıdış reysi saat 22:15-də yola düşür və Sankt-Peterburqa 01:15-də çatır.

Read More »

Samir Əsədli: “Nə sülhü qoruyurlar, nə silahlıları tərksilah edirlər, işləri erməniləri himayə etməkdir”

On minlərlə ermənini Xankəndinə qaytarıblar“İstənilən vaxt rus sülhməramlılarının ərazidən çıxarılması tələbi ilə çıxış edə bilərik”   Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti, daha dəqiq desək, mandatlarından kənar davranışları Azərbaycan ictimaiyyətində qıcıq və narahatlıq doğurur. Dünyanın heç bir bölgəsində sülhməramlılar münaqişələrin həllinə yardım etməyib. Çünki bu missiyanın daşıyıcıları həm də öz ölkələrinin maraqlarını təmsil edirlər. Sülhməramlılar daha çox tərəflərdən birinin maraqlarını dəstəkləyir.Elə bu tərəfkeşlik …

Read More »