Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,42 % artaraq 97,46 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Bu gün “Brent” markalı neftin bir bareli 91,55 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin …
Read More »Yearly Archives: 2022
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, …
Read More »BƏƏ koronavirus məhdudiyyətlərini ləğv edir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması prosesinin başladığını elan edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb. Məhdudiyyətlərin aradan qaldırılması turizm obyektləri, ticarət-əyləncə mərkəzləri və digər müəssisələrə aiddir. Həmçinin məscidlərdə namaz qılanlar arasında sosial məsafənin 1 metrə endirilməsi barədə qərar qəbul …
Read More »ABŞ, NATO, Aİ, ATƏT Rusiya ilə əməkdaşlığı müzakirə edib
ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman çərşənbə günü Aİ, NATO və ATƏT nümayəndələri ilə telefonla Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə diplomatik əməkdaşlığı müzakirə edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir. Məsləhətləşmələrdə NATO baş katibinin müavini Mirça Coana, ATƏT-in baş katibi Helqa Şmid, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino …
Read More »Malıbəyli və Quşçular qətliamından 30 il ötür
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür. Boyukmillet.com xatırladır ki, qətliamın törədilməsindən 30 il ötür. 1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib. Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq …
Read More »İSBAM rəhbərliyindən Ukraynaya dəstək nümayişi – FOTO
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi dost Ukraynaya dəstək nümayiş etdiriblər. Boyukmillet.com xəbər verir ki, mərkəz rəhbərliyi Ukraynaya həmrəylik nümayiş etdirmək məqsədi ilə “Biz ukraynalıyıq” adlı plakat hazırlayıblar.
Read More »Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirib
Türkiyə silahlı qüvvələri Suriyanın şimalında sutka ərzində 14 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Silahlılar atəş açaraq “Fərat Qalxanı” əməliyyat zonasına hücum etməyə cəhd ediblər.
Read More »Rusiya XİN Azərbaycanın erməni hərbçilərini təhvil verməsini alqışlayıb
“Bu il fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayırıq. Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların “hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. Zaxarova xatırladıb ki, 2020-ci il dekabrın 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər …
Read More »Moskvada Nizami Gəncəviyə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Bu gün Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib. Azərbaycanın Rusiyadakı Səfirliyindən “Report”un Rusiya bürosuna verilən məlumata görə, konfrans Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun təşkilatçılığı ilə təşkil edilib. Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, tarixdə elə görkəmli şəxsiyyətlər var ki, …
Read More »Azərbaycanda jurnalistlərə vergi güzəştlərinin edilməsi barədə məsələ müzakirə edilir
“Jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması barədə məsələ müvafiq dövlət qurumları ilə müzakirə olunmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, konkret nəticələr barədə isə məlumat veriləcək. Müsahibəni ətraflı şəkildə buradan oxuya bilərsiniz.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar