Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku fevralın 8-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Moldovanın Azərbaycandakı səfirliyindən bildiriblər. İki gün davam edəcək səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra rəsmilərilə iki ölkə arasında münasibətlər, aktual regional məsələlərlə bağlı müzakirələr aparacaq.
Read More »Yearly Archives: 2022
Zakir İbrahimov: “Kəlbəcərin “Tutxun” yatağında mərhələli axtarış işlərinə hazırlıq gedir”
“AzerGold” QSC tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından müvafiq işlərə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında …
Read More »Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib
Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə R.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, rəsmi məlumata əsasən, vətəndaş R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini …
Read More »“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” DİN-in tabeliyinə verilib
Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanında öz əksini tapıb. Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki …
Read More »AzTV “Şuşa İli” ilə əlaqədar yeni layihəyə başlayıb
Azərbaycan Televiziyası “Şuşa İli” ilə əlaqədar yeni layihəyə start verir. Boyukmillet.com xəbər verir ki, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq. İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər. Hər …
Read More »Ermənistan azərbaycanlıların basdırıldığı yerlərlə bağlı Azərbaycana məlumat vermək öhdəliyi götürüb
Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqlarının olduğu yerlər barədə Azərbaycana məlumat verəcəyi ilə bağlı öhdəlik götürüb. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. “Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə …
Read More »Cavanşir Feyziyev istefa verib
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib. Boyukmillet.com xəbər verir ki, o, bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb. C.Feyziyev qeyd edib ki, bir neçə gün öncə feysbuk səhifəsində yazdığı statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməyib: “Sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam …
Read More »Türkiyəli deputat: “Aykut Ərdoğdunun əsassız iddiaları CHP düşüncəsinin məhsuludur”
“Türkiyə və qardaş Azərbaycana qarşı irəli sürülən ittihamlar, sübuta yetirilməyən, reallıqla əlaqəsi olmayan böhtan xarakteri daşıyır”. Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat, qanunverici orqanın ən gənc üzvü Rümeysa Kadak deyib. Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Aykut Ərdoğdunun iki ölkə arasında enerji sahəsində əlaqələr, eləcə də dövlət …
Read More »Ali Məhkəmə icra başçısının nümayəndəsi ilə bağlı qərar elan edib
Ali Məhkəmə Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Heydərov Bilal Güloğlan oğlu barəsində qərar elan edib. Boyukmillet.com xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kassasiya şikayəti dəyişdirilib. Belə ki, məhkumun əməli Cinayət Məcəlləsinin (CM) 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsindən həmin Məcəllənin …
Read More »Azərbaycan 8 erməni hərbçini qarşı tərəfə təhvil verib
Səkkiz erməni hərbçi qarşı tərəfə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar