Azərbaycanda “Tarix yazan qəhrəmanlar” adlı yeni kitab işıq üzü görüb. Boyukmillet.com xəbər verir ki, kitab 44 günlük şanlı qələbəmizdə misilsiz əməyi olan şəxslərə həsr edilib. Nəfis tərtibatda dərc edilən kitabda qələbəmizin əldə olunmasına səbəb olan bütün faktorlara, əsgər və zabitlərimizin göstərdiyi fərdi igidlik nümunələrinə geniş yer verilir. Kitabda cənab Mədət Quliyevin şəhid ailələri, qazilərlə keçirdiyi görüşlər, şəhidlərin büstünün açılışında iştiraka …
Read More »Yearly Archives: 2022
Vüsal Quliyev: QHT sahəsində Türkiyə ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir – VİDEO
Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə sürətlə inkişaf edir. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində təcrübənin öyrənilməsi də vacibdir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev QHT sahəsində Türkiyə ilə əməkdaşlıq imkanlarını və onun əhəmiyyətini şərh edərkən ifadə edib. Səfər çərçivəsində Türkiyə QHT-lərinin fəaliyyəti ilə yaxından …
Read More »Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub
Yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, nazirlər, iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərinin inkişafından məmnunluq ifadə ediblər. Son həftə ərzində İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfərinin nəticələri və əldə olunmuş razılıqlar, habelə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri …
Read More »Rusiya və Fransa prezidentləri arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, tərəflər Rusiyanın təhlükəsizliyinin təmini ilə bağlı təkliflərinə ABŞ və NATO-nun yanvarın 26-da göndərdikləri yazılı cavabı müzakirə ediblər.
Read More »Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək
Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı zamanı bildirilib. Telefon danışığında Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib.
Read More »Qubada şəhid bulağının açılışı olub
Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə Qubanın Qonaqkənd qəsəbəsində inşa edilən bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, rayonun Qonaqkənd qəsəbəsində 1-ci Qarabağ müharibəsi şəhidi Kamran Orucovun adına olan bulaq istifadəyə verilib. Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. …
Read More »Kamran Əliyev Almaniyanın Baş prokuroru ilə görüşüb
Yanvarın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb. Səmimi qəbula görə təşəkkür ifadə olunaraq iki ölkə arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğu vurğulanıb. Bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyi qeyd edilib. Baş prokuror Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata …
Read More »“Əlillik əngəl deyil” mövzusunda konfrans keçirilib
Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib. Boyukmillet.com xəbər verir ki, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Diaspor TV-də haqqında sənədli film hazırlanan və İstanbulda yaşayan diaspor fəalı, hər …
Read More »Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç. “Nur Otan” Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan …
Read More »QHT Agentliyi və Türkiyə DİN arasında Memorandum imzalandı – FOTOLAR
28 yanvar 2022-ci il tarixində Ankarada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Agentlik tərəfindən icraçı direktor Aygün Əliyeva və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən isə Vətəndaş Cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıb. Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və Türkiyənin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar