“Biz tezliklə həm Rusiya, həm də Ukrayna liderləri ilə görüşlərin keçirilməsini istəyirik. Səylərimizin regionda gərginliyi azaldacağına ümid edirəm”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mərkəzi afrikalı həmkarı Silviye Baipo-Temonla birgə keçirdiyi mətbuat konfransında deyib. “Dialoqun davam etməyini istəyirik. Bir bəyanatla, bir sənədlə bütün problemlər həllini tapa bilməz. NATO Rusiya səfirinin geri çağırılmasını tələb edib. …
Read More »Yearly Archives: 2022
İSBAM və Azərbaycan Qaçqınlar Cəmiyyəti arasında əməkdaşlıq protokolu imzalandı
Qərbi Azərbaycan uğrunda mübarizə aparan təşkilatlar qüvvələrini birləşdirməkdə davam edir. Boyukmillet.com xəbər verir ki, yanvarın 26-da Azərbaycan Qaçqınlar Cəmiyyətinin qərargahında daha iki təşkilat – Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) arasında Əməkdaşlıq protokolu imzalandı. Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq 44 …
Read More »QHT sədrindən Nazirliyə tövsiyə: Yaradılacaq qurumun adı dəyişdirilsin!
Məlum olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurum yanında Məktəblilərin İctimai Şurası yaradılması və sənədlərin qəbulu haqqında elan verib. Belə bir İctimai Şuranın yaradılması nə qədər qanunvericiliyə uyğundur. Mövzu ilə bağlı QHT.az-a danışan “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, nazirliyin atdığı addım yanlışdır. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura var və yeni formatda 2-ci …
Read More »Paytaxtda ən çox bu mənzillər bahalaşıb – “VECON CONSULTING” təqdim edir – Ərazilər/Qiymətlər
Bakının mənzil bazarında ən çox qiymət artımları bu üç rayonda qeydə alınıb. Son dövrlər baş verən qlobal iqtisadi böhrandan, qiymətlərin artmasından, müxtəlif iqtisadi və sosial proseslərdən təsirlənən əsas sektorlardan biri də daşınmaz əmlak bazarı olub. Ölkədə müşahidə olunan bahalaşma əmlak bazarından da yan ötməyib və qiymətlərin kəskin şəkildə artımına səbəb olub. İpoteka kreditlərinə başlanması, tikinti materiallarının bahalaşması və eyni zamanda …
Read More »Fərəc Quliyev:Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda mətbuat, internet, söz azadlığı var
İSTİQAMƏT: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasimədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması İnsanların hüquq və azadlıqlarının müdafiəsi bütün zamanlarda ən aktual mövzulardandır. Bu sahədə müəyyən problemlərin olduğu heç kimə sirr deyil. İnsanların hüquq və azadlıqlarının təminindəki problemlərin əsas iki səbəbi var. Bunlardan biri bir sıra aidiyyəi dövlət qurumlarının bilərəkdən və ya bilməyərəkdən insanların hüquqlarını pozmasıdır. Digər …
Read More »Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb – FOTO
Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüblər. Qonaqları salamlayan Fahrettin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək, 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd …
Read More »Antitürk və müharibə ovqatı zəifləyir
Türkiyə ilə münasibətlərin qurulması erməni cəmiyyətində indi əsas tələb kimi səslənir“Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “savaşmaq yerinə əməkdaşlıq” siyasətinin dəstəklənməsi Rusiyanın hərbi intriqalarının önlənməsi baxımından çox önəmlidir”Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Erməni Fondları İttifaqının sədri Bedros Şirinoğlunu qəbul edib. Mətbuata qapalı keçirilən görüş təxminən 45 dəqiqə davam edib. Təfərrüatlarla bağlı açıqlama verilməsə də, müzakirələrin Türkiyə-Ermənistan münasibətləri ilə bağlı olduğu …
Read More »İşğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etmək istəyən Ukrayna şirkətlərinin layihələri Azərbaycana təqdim edilib
Ukrayna şirkətləri kənd təsərrüfatı, körpü tikintisi, infrastruktur, energetika və meliorasiya sahəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə birgə layihələrə ciddi maraq göstərirlər. Ukrayna şirkətlərinin layihələri baxılmaq üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə, eləcə də Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat …
Read More »Qazaxıstan parlamenti Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edib
Qazaxıstan Parlamentinin Senatı (Yuxarı palata) cümə axşamı respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğv olunması ilə bağlı düzəlişləri qəbul edib. TASS-a istinadən xəbər verir ki, iclas qanunverici orqanın saytında yayımlanıb. Yanvarın 19-da düzəlişləri parlamentin aşağı palatası olan Milli Məclisin deputatları təsdiqləyib. Beləliklə, Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına rəhbərlik etmək hüququ verilən müddəalar …
Read More »İsrail Azərbaycan əsilli müharibə veteranını qəhrəman elan edib
Bir zamanlar Azərbaycanda yaşayaraq sonradan İsrailə köçmüş İkinci Dünya müharibəsi veteranı Giorgi Ginzburq bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən antifaşist döyüşçü kimi tanınıb. Bu barədə “Boyukmillet.com” İsrail mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, o, müharibə zamanı sovet ordusu sıralarında bir sıra qəhrəmanlıqlar göstərib. Giorgi Ginzburq İkinci Dünya Müharibəsi qəhrəmanı kimi tanınıb və bir sıra imtiyazlar əldə edib. 103 yaşlı Giorgi Ginzburg ötən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar