Bakıda və Abşeron yarımadasında yanvarın 20-də arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu günün birinci yarısında 3°-dək isti, axşam 0°-yə yaxın olacaq. Azərbaycanın rayonlarında yanvarın 19-u axşam şimal və qərb rayonlarında, yanvarın 20-dən 21-dək …
Read More »Yearly Archives: 2022
Milli Məclis Fransa XİN başçısının Azərbaycan Prezidentindən üzr istəməsini tələb edir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda deyilir: “Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama edilmişdir. …
Read More »Azərbaycan hərbçiləri Türkiyədə paraşüt təlimlərində iştirak ediblər
zərbaycan Ordusunun daha bir qrup hərbçisi təlim üçün Türkiyəyə göndərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələrinin hərbçiləri birgə paraşüt təlimləri keçiriblər. Təlimlər Türkiyənin Kayseri şəhərində yerləşən Birinci Komando Briqadasında icra edilib.
Read More »İran Prezidenti Rusiyada səfərdədir
İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri başlayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, onun təyyarəsi Moskva hava limanına enib. Qeyd edək ki, İ.Rəisinin bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Sabah isə o, Rusiyanın Dövlət Dumasında çıxış edəcək, Moskvadakı məscidlərdən birinə baş çəkəcək.
Read More »Nazirlik: “Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcək”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirib. Bu barədə Nazirlikdən bildirilib. Qurum bəyan edib ki, ilk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətandaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər …
Read More »Ombudsman 20 Yanvar faciəsinin 32-ci il ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 32-ci il ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bəyanatda deyilir: “Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32 il ötür. 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi, əksinə xalqımızı azadlıq uğrunda daha da sıx birləşdirdi, …
Read More »Abşerona yeni icra başçısı təyin edilib
Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Read More »Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb
Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb. Qeyd olunan hərəkətlərdə …
Read More »KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanı tam tərk edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “KTMT-nin sonuncu Rusiya sülhməramlıları dörd təyyarə ilə Qazaxıstandan çıxıblar”, – məlumatda qeyd olunub.
Read More »Türkiyədən Ermənistana uçuşların başlayacağı tarix açıqlanıb
Türkiyədən Ermənistana uçuşların başlayacağı tarix açıqlanıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 2-dən etibarən Ermənistana uçuşlar başlayacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar