Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 18-i gündüz …

Read More »

Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edilib

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri …

Read More »

MN Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların durumunu açıqlayıb

Müdafiə Nazirliyi azad edilən ərazilərdə dislokasiya olunan qoşunların durumunu açıqlayıb Nazirlikdən bildirilib ki, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir. “İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar …

Read More »

Böyük Britaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməyə hazırdır

“Dənizdə külək hesabına enerji generasiyası, yaşıl texnologiyalara investisiya qoyuluşu və tullantıların idarə edilməsi kimi sahələrdə qabaqcıl dünya təcrübəsinə malik Böyük Britaniya iqtisadiyyatın şaxələndirilməsində Azərbaycana hərtərəfli dəstək verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən bildirib. O deyib ki, ölkəmiz və Azərbaycan enerji sektorunda problemlərin …

Read More »

Nursultan Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb. General-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunmuşdu. Qeyd edək ki, o, N.Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.

Read More »

Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başlayıb

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə sənəd qəbulu başlayıb. Boyukmillet.com xəbər verir ki, müsabiqə üçün tələb оlunan sənədlər 2022-ci il yanvarın 17-dən fevralın 17-dək (şənbə və bazar günləri istisna оlmaqla) MTRŞ-nin inzibati binasın­da (ünvan-Bakı şəhəri, Şərifzadə küçəsi 315) …

Read More »

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb

Şəhidlər xiyabanında 20 yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasiminin hazırlıq işlərinə başlanılıb. Boyukmillet.com-un xəbərinə görə, ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür. Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. Qeyd edək …

Read More »

Ərdoğan: Atatürkdən sonra onlar faşistə çevrildilər

Qazi Mustafa Kamal dönəmindən sonra CHP yalnız düşüncə olaraq deyil, həm də əməli olaraq da fazişmsayağı bir partiyaya çevrilmişdi. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İkinci Dünya müharibəsindən sonra dünyada yaradılan çoxpartiyalı sistemlər və bunun fonunda xalqın demokratiya tələbi CHP-çi kadrlar üçün gözlənilməz olmuşdu. Bu mənada Demokratik Partiya və Menderes dönəmi Türkiyənin demokratiya və …

Read More »

Finlandiya və Fransa prezidentləri Ukrayna məsələsini müzakirə ediblər

Finlandiya və Fransa prezidentləri Sauli Niinistö və Emmanuel Makron arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiya liderinin ofisinin bəyanatında deyilir. Məlumata görə, liderlər telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti və bununla bağlı Avropa təhlükəsizliyini müzakirə ediblər. Dövlət başçıları Rusiya ilə dialoqun vacibliyini vurğulayıblar. “Prezidentlər Ukrayna sərhədlərindəki mövcud vəziyyəti və Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyəti müzakirə ediblər. Hər …

Read More »

BMT: Yəməndə milyonlarla qaçqın aclıqla üzləşib

Yəməndə milyonlarla qaçqın ərzaq yardımı kəsildiyi üçün artan qıtlıqla üzləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tviterdə məlumat yayıb. Hesabatda bildirilir ki, ölkədəki qaçqınların yarıdan çoxu – təxminən 4 milyon insan, qidaya ciddi ehtiyac olan ərazilərdə yaşayır. Bu ayın əvvəlində BMT Yəmənin mühüm humanitar yardım proqramlarından bəzilərinin maliyyə çatışmazlığı səbəbindən dayandırıldığını açıqlayıb. 2014-cü ilin avqustundan …

Read More »