Kollektiv Təhlükəsizlik Mmüqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Ermənistandan olan hərbi bölmələr nəqliyyat vasitələrini və şəxsi heyəti Rusiyanın Aerokosmik Qüvvələrinin üç İl-76 hərbi-nəqliyyat təyyarəsinə yükləyərək Almatı aerodromundan havaya qalxıb. Öz növbəsində tacik hərbçiləri də tətil günlərində Qazaxıstanın hərbi …
Read More »Yearly Archives: 2022
Əfqanıstanda “Taliban”a qarşı kütləvi etirazlar başlayıb
Əfqanıstanda “Taliban” rəhbərliyinə qarşı ölkənin şimalındakı Fəryab vilayətinin inzibati mərkəzi Meymen şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Peşqo” agentliyi məlumat yayıb. Etirazlara səbəb “Taliban” tərəfindən Məzari-Şərif şəhərində səhra komandiri, etnik özbək olan Mahdum Alamın həbsi olub. Bununla əlaqədar olaraq özbək icmasının nümayəndələri küçələrə çıxaraq Alamın dərhal azad edilməsini tələb ediblər. Etirazçılar “Taliban” rəhbərliyinə ultimatum …
Read More »Suriyada terrorçuların atəşi nəticəsində iki əsgər yaralanıb
Suriyada terrorçuların snayper və minaatanlardan hücumları nəticəsində iki əsgər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzi rəhbərinin müavini kontr-admiral Oleq Juravlev bildirib. “Latakiya əyalətində Karamanlı bölgəsindən olan terrorçuların Kulcok qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə həyata keçirdikləri snayper hücumu nəticəsində bir Suriya əsgəri yaralanıb”, – o deyib. Kontr-admiralın sözlərinə görə, Bərza-Fauqani bölgəsindən minaatanlardan atəş nəticəsində İkko qəsəbəsi …
Read More »Goranboyda narkotik satan və alan şəxslər saxlanılıb
Goranboyda narkotik satan və alan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elmir Fətullayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə …
Read More »5 QHT azyaşlının döyülməsi ilə bağlı MÜRACİƏT YAYDI
5 QHT azyaşlının döyülməsi ilə bağlı müraciət yayıb. Boyukmillet.com verir ki, bu gün sosial mediada yayımlanan məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı müəssisənin əməkdaşı tərəfindən davranış və fiziki zorakılıq ilə bağlı Çevik Ekspertlər Qrupu adından Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib. “Son vaxtlar məktəbəqədər təhsil müəssisələrində və orta …
Read More »Xarkov vilayəti Azərbaycanın bölgələri ilə səmərəli əməkdaşlıqda maraqlıdır
Ukraynanın Xarkov vilayətinin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərində yaxından iştirak edə bilər. Bu ərazinin bərpasına, sənayeyə, kənd təsərrüfatına edilən töhfələr çox qazanclı investisiyalar olacaq.Boyukmillet.com “AZƏRTAC” a istinadən xəbər verir ki, bu fikri Xarkov Vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xarkov Vilayət Şurasının sədri Tatyana Eqorova-Lutsenko ilə görüşündə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov söyləyib.“Azərbaycan …
Read More »Prezident İlham Əliyev sabah Ukraynaya gedir
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq. Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.
Read More »Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün gündəliyi açıqlanıb
“Ermənistan dialoq nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan iki ölkənin xüsusi nümayəndələrinin yanvarın 14-də planlaşdırılan görüşü barədə söyləyib. O qeyd edib ki, Türkiyə hökuməti ilkin şərtlər olmadan dialoqa başlamaq yanaşmasını dəstəkləyirlər. Diplomat bildirib ki, xüsusi nümayəndələrin ilk görüşü tanışlıq xarakteri daşıyacaq: “Bir görüşdən mühüm …
Read More »Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı olub
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub. Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb. Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə …
Read More »Ərdoğan: “Ermənistan bölgədəki sülh fürsətini yaxşı dəyərləndirməlidir”
“Ermənistan bölgədəki sülh fürsətini yaxşı dəyərləndirməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə iclasda söyləyib. “Azərbaycan ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəmə girdik. Ermənistanla münasibətləri normallaşdırma prosesini başlatmışıq. Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibət qurması xüsusi əhəmiyyət kəsb edir”, – dövlət başçısı bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar