Cümə , 3 Aprel 2026

Yearly Archives: 2022

Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir

Gəncə şəhər İmamzadə Dini Kompleksində Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, mərasimdə mərhumun yaxınları ilə yanaşı, mədəniyyət sahəsinin nümayəndələri iştirak edir. Mərhum vida mərasimindən sonra İmamzadə Dini Kompleksində dəfn olunacaq. Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev dünən onkoloji xəstəlikdən vəfat edib. O, 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun …

Read More »

Tarixdə bu gün: Salatın Əsgərovanın şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür. Boyukmillet.com xəbər verir ki, 1991-ci ilin bu günü Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirir. Jurnalist kimi işinin öhdəsindən məharətlə gəlir. Xüsusilə, Azərbaycanın bütövlüyü ilə …

Read More »

Türkiyənin 3 hərbçisi Suriya ilə sərhəddə həlak olub

Türkiyənin bir neçə hərbçisi həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə Suriya ilə sərhəddəki Şanlıurfa sərhəd xəttində baş verib. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub.

Read More »

Əməkdar artist Novruz Qartal vəfat edib

Azərbaycanın Əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib. Bu barədə “Report”a onun həmkarı, Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə …

Read More »

AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb

Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib. Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. …

Read More »

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, …

Read More »

Naxçıvandakı təlimlərdə düşməndən qənimət götürülmüş zenit-artilleriya qurğularından istifadə olunub

Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya …

Read More »

Dağüzündə bir ev var… – Həzi Həsənli yazır

Mirzəkərim Qəribov 1941 – ci il martın 10 – da Yardımlı rayonunun Dağüzü kəndində anadan olub.  1958 – ci ildə orta məktəbi bitirib. 1960 – 63 – cü illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra M.F. Axundov adına  Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub. 1968 – ci ildə institutun rus dili və ədəbiyyatı fakültəsini bitirib. İnstitutdan məzun olduğu zaman orada …

Read More »

Ərdoğan: “Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır”

“Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Konya və Karaman vilayətlərini birləşdirən sürətli dəmir yolunun açılış mərasimində çıxışı zamanı deyib. Ərdoğan bildirib ki, sürətli dəmir yolu sistemi Türkiyəni bütün bölgə ölkələri ilə birləşdirəcək. Dövlət başçısı qeyd edib ki, dəmir yolunun inkişafı Türkiyə hökumətinin prioritet istiqamətlərindən biridir. “Hökumətimiz sayəsində …

Read More »

Hulusi Akar Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmasından danışıb

“Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Nazir qeyd edib ki, Azərbaycanla ortaq hərbi fəaliyyət davam edir. Ermənistanla sərhəddə atəşkəsə nəzarət üçün ötən il yanvarın 30-dan etibarən Rusiya ilə birlikdə ortaq mərkəz yaradılıb. Ermənistanla Azərbaycan sərhədində atəşkəsin pozulması halları nəzarət altına alınıb: “Ümid …

Read More »