Bakı Hərbi Məhkəməsində iyulun 31-də məhkəmə prosesində zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partladığını bildirib. Boyukmillet.com xəbər verir ki, o, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və …
Read More »Monthly Archives: İyul 2025
Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq – AYLIQ PROQNOZ
Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. …
Read More »Zelenski: Rusiya gecə hücumu ilə Ukraynanın HHM sistemini yükləmək istəyirdi, əsas zərbə Kiyevə dəyib
Rusiyanın cümə axşamına keçən gecə həyata keçirdiyi hücum Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemini yükləmək üçün xüsusi hesablanmışdı, əsas hədəf Kiyev idi. Boyukmillet.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski daxili işlər naziri İqor Klimenkonun məruzəsinin nəticələrinə əsasən bildirib. “Hücum HHM sistemini yükləmək üçün xüsusi hesablanmışdı. Kiyev “Şahed”lər, digər dronlar və raketlər üçün əsas hədəf idi, …
Read More »DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub. Aidiyyəti üzrə araşdırmalar davam …
Read More »ABŞ-də təyyarə hava burulğanına düşüb, 25 nəfər xəstəxanaya yerləşdirilib
Solt-Leyk-Sitidən (ABŞ) Amsterdama (Niderland) uçan təyyarə turbulentliyə (hava burulğanı) düşüb, 25 nəfər xəstəxanaya çatdırılıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir. “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı hava burulğanı ilə qarşılaşdıqdan sonra məcburi eniş edib. “Airbus A330-900″ təyyarəsi Minneapolisdəki hava limanına uğurla eniş edib. Təyyarədə olan şəxslərdən 25 nəfəri yerli xəstəxanalara çatdırılıb”, …
Read More »Rusiya ordusu Donetskdə Çasov Yar şəhərini ələ keçirib
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Çasov Yar şəhərini ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna tərəfi hələlik bu məlumatı təsdiqləməyib.
Read More »Azərbaycan banklarının adından saxta profillərlə kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib
Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb. Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib. Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq …
Read More »FTB Trampa dair minlərlə gizli sənəd tapıb
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel ABŞ prezidenti Donald Trampın Rusiya ilə iddia olunan əlaqələri ilə bağlı büronun araşdırmasına aid məxfi sənədlər aşkar edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Trampa loyal olan “Fox News” telekanalı mənbələrinə istinadən məlumat yayıb. Kanalın məlumatına görə, Patel “gizli otaqda” olan bir neçə paketdə “minlərlə sənəd” tapıb. Söhbət məxfi məlumatların emalı üçün qapalı zona …
Read More »Akopyanın var-dövləti ŞOK ETDİ
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun daha bir iddiasını icraata götürüb. Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, söhbət yerli fövqəladə hallar nazirinin keçmiş müşaviri Aşot Akopyana və onunla bağlı şəxslərə məxsus qanunsuz mənşəli əmlakın müsadirəsindən gedir. Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə əsasən, dövlət xeyrinə aşağıdakı əmlakların müsadirəsi tələb olunur: İrəvanda yerləşən …
Read More »Tarif Şurasından dərmanların qiyməti ilə bağlı- Qərar
Tarif (qiymət) Şurası yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib. Boyukmillet.com Tarif Şurasına istinadən xəbər verir ki, bu barədə qurumun 30 iyun 2025-ci il tarixində keçirilən iclasında müvafiq qərar qəbul edilib. Qərarla 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb. Etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
