ABŞ prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues Mura cinayətlə mübarizə üçün ştata ordu göndərməyi təklif edib. Boyukmillet.com xəbər verir ki, o, bu fikri “Truth Social” şəbəkəsində yazıb. “Əgər Ues Murun Kaliforniya qubernatoru Gevin Nyusomun Los-Ancelesdə etdiyi kimi köməyə ehtiyacı olarsa, o zaman mən qonşu Vaşinqtonda olduğu kimi oraya qoşun göndərəcəyəm və tez bir zamanda cinayətkarlıqdan qurtulacam”, – o yazıb. …
Read More »Monthly Archives: Avqust 2025
Almaniyada Rusiyanın NATO-ya daxil olmaq ideyası ilə bağlı məxfi sənədlər dərc edilib
1994-cü ildə ABŞ və Rusiya prezidentləri Bill Klinton və Boris Yeltsin Rusiyanın NATO-ya daxil olması məsələsini ciddi şəkildə müzakirə ediblər, lakin Avropa ölkələri, xüsusən də Almaniya buna qarşı çıxıb. Boyukmillet.com-un məlumatına görə, məxfi sənədləri Almaniyanın “Der Spiegel” nəşri dərc edib. Jurnal bir sıra məxfi sənədləri, o cümlədən Almaniya kansleri Helmut Kolun Klintona məktubunu, Rusiya və ABŞ-dakı alman diplomatlarının hesabatlarını, həmçinin …
Read More »Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
Moskvada Mərkəzi Uşaq Mağazasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin özünün teleqram kanalında bildirib. O, hadisənin avadanlığın texniki nasazlığı nəticəsində baş verdiyini və dəqiq səbəblərin istintaq orqanları tərəfindən müəyyən ediləcəyini qeyd edib. Bundan əvvəl Moskvanın Səhiyyə Departamenti 3 nəfərin xəsarət aldığını bildirib.
Read More »FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb – YENİLƏNİB-4
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək. 13:30 Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri …
Read More »İsrailin Nazirlər Kabineti Qəzzada əməliyyat planının təsdiqlənməsi üçün toplanacaq
İsrailin Siyasi və Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Kabineti avqustun 26-da keçiriləcək iclasında Qəzza şəhərinin ələ keçirilməsi planına baxacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. Məlumata görə, məhdud saylı nazirlərdən ibarət Kabinetdə üzvlərdən Qəzza şəhərində əməliyyat planının təsdiqlənməsi üçün səsvermə tələb olunacaq. Bundan əlavə, görüşdə radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsinə dair razılaşma üzrə danışıqların gedişi ilə …
Read More »Lənkəranda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Avqustun 24-də saat 9 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Lənkəran rayon prokurorluğundan bildirilib İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin …
Read More »Maduro ABŞ-nin təhdidinə cavab olaraq Venesuelanın səfərbərliyini yüksək qiymətləndirib
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin müdaxilə təhlükəsinə cavab olaraq Milli Bolivar Polis Təşkilatına səfərbərlik və qəbul kampaniyasını müsbət qiymətləndirib. Boyukmillet.com-un məlumatına görə, N. Maduroa bu barədə “Venezolana de Television” kanalında yayımlanan müraciətində danışıb. “Bu gün müdafiə sisteminin bütün xalq, hərbi və polis qüvvələrinin dinamik yenidən təşkilinin uğurlu başlanğıcı qoyuldu”, – deyə o qeyd edib. O vurğulayıb ki, ölkə boyu həyata …
Read More »Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsulları Rusiyaya buraxılmayıb
Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib. D.Qarnik bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır. Onun sözlərinə görə, sürücülər keçidə icazə verilməməsinə “fitosanitar problemlər”in səbəb göstərildiyini deyiblər. Deputat digər yüklərlə, xüsusilə tikinti materialları …
Read More »KİV: Gün ərzində Qəzzada azı 70 nəfər həlak olub
Gün ərzində Qəzzada azı 70 nəfər öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, avqustun 23-də İsrailin hücumları nəticəsində azı 70 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Xatırladaq ki, daha əvvəl Qəzzada aclıqdan ölənlərin sayının 281 nəfərə çatdığı, onlardan 114-nün uşaq olduğu məlumatı paylaşılmışdı.
Read More »İranda antiterror əməliyyatı keçirilib, 6 nəfər zərərsizləşdirilib
İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib. Boyukmillet.com bu barəfə “Mehr” agentliyinə istinadən xəbər verir. Bildirilib ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb. Qeyd olunub ki, terror qrupu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar