Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Rostov vilayətindəki Novoşaxtinski neft məhsulları zavoduna və Voronej vilayətindəki yanacaq-sürtkü materialları bazasına zərbə endirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Həmçinin Ukrayna Silahlı Qüvvələri Donetskdə Rusiya ordusunun logistika bazasını və pilotsuz uçuş aparatları anbarını vurub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hədəfə zərbədən sonra çoxsaylı partlayışların baş verdiyini bildirib.

Read More »

İlham Əliyev: Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik

Artıq Zəngilana qədər dəmiryolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib. Dövlət başçısı əlavə edib: “Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim …

Read More »

Xocalıda Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. Boyukmillet.com xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. O qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə Ermənistan …

Read More »

Azərbaycan Prezidenti müxtəlif ölkələrin vaxtilə Ermənistana pulsuz silah verməsinin məqsədini açıqlayıb

Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah …

Read More »

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-dən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb

Bu ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan şəxslərin sayı 158 min 509 nəfər olub. Boyukmillet.com-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, onların 131 min 657 nəfərini kişilər, 26 min 852 nəfərini isə qadınlar təşkil edib. Ümumi verilən vəsiqələrdən 95 min 117-si, yəni kişilərə verilən vəsiqələrdən 87 min 784-ü, qadınlara verilən vəsiqələrdən isə 7 …

Read More »

ABŞ Moskva və Kiyevin danışıqlardakı mövqelərinin təfərrüatlarını əldə edib

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onlar üzərində işləyir. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib. “Nəhayət ki, detalları əldə etdik. Biz onlar üzərində işləyirik, lakin hələ hər şeyi tam düşünməmişik”, – deyə danışan Vens əlavə edib: “Ukrayna Rusiyanın bir daha onun ərazisinə müdaxilə etməyəcəyini bilmək istəyir. …

Read More »

Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin tarixi açıqlanıb

İğdır şəhərində Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək. Bu xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayan A.Uraloğlu yolun …

Read More »

İndoneziyanın şərqində Semeru vulkanı 800 metr hündürlüyünə kül püskürüb

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı çərşənbə günü aktivləşərək 800 metr hündürlüyə kül püskürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İndoneziyanın “Antara” agentliyinə Siqit vulkanındakı müşahidə məntəqəsinin əməkdaşı Rian Alfian məlumat verib. “Semeru vulkanının püskürməsi çərşənbə günü yerli vaxtla səhər saat 07:21-də baş verib. Kül sütununun hündürlüyü zirvədən təxminən 800 metr və ya dəniz səviyyəsindən 4 476 metr yüksəkliyə …

Read More »