Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir. Boyukmillet.com xəbər verir ki, dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.
Read More »Monthly Archives: Avqust 2025
Türkiyə Müdafiə Nazirliyi: Suriya kürdləri tərk-silah və inteqrasiya razılaşmalarını yerinə yetirmirlər
Türkiyənin Milli Müdafiə Nazirliyi PKK-nın Suriyadakı qanadı olan YPG/SDG-ni tərk-silah və Suriyanın dövlət institutlarına inteqrasiya razılaşmasının şərtlərini pozmaqda ittiham edib. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu nazirlikdəki mənbə bildirib. Mənbənin məlumatına görə, SDG yaraqlıları ilə Suriyanın hökumət qüvvələri arasında son toqquşmalar ölkənin siyasi birliyinin və ərazi bütövlüyünün bərpası səylərinə zərbə vurur.
Read More »Ermənistanda icmanın sabiq başçısı dövlətə 454 min dollar ziyan vurmaqda ittiham edilir
Ermənistanın Kotayk vilayətinin Ptqni icmasının sabiq başçısı Arakel Virabyan 2000-2021-ci illər arasında 22 torpaq sahəsinə qanunsuz sahib olmaqda və dövlətə 182 milyon dram (454 min dollar) məbləğində ziyan vurmaqda ittiham olunur. Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb. O, xüsusilə böyük məbləğdə pulların yuyulması və əmlakın mənimsənilməsində ittiham olunur. Bundan əlavə, beş nəfərə qarşı …
Read More »Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair yekun hesabat hazırlayacaq
Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq. Boyukmillet.com TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib. “İstintaq tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq”, – Bozumbayev …
Read More »Deputat Cavanşir Paşazadənin oğlu Azərbaycanda “Espressolab” şirkəti açır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyata alıb. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, bu, “Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev D1, mənzil 10 ünvanında yerləşir. “Espressolab Az” MMC-nin sayt domeni alınsa da, fəaliyyət istiqaməti açıqlanmayıb. Keçən il həmin …
Read More »AZAL İranın iki şəhərinə uçuşlara başlayır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 3-dən etibarən yeni Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır. Bu barədə AZAL-dan məlumat verilib. Məlumata əsasən, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək. Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha …
Read More »Balakəndə xüsusi əməliyyat: dağda narkotik becərən silahlı dəstə ifşa olunaraq həbs edilib
Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb. Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 …
Read More »Fransanda yanğın yüzlərlə hektar üzüm bağını məhv edib
Fransanın cənubundakı Od departamentində baş verən meşə yanğını 600 hektardan çox üzüm bağını məhv edib və bölgədəki şərabçılar hökumətin köməyinə ümid edirlər. Boyukmillet.com BFMTV-yə istinadən xəbər verir ki, bunu Sen-Loran-de-la-Kabreris şəhərinin meri Ksavye de Volontas respublikanın baş naziri Fransua Bayru ilə söhbətində deyib. “Bu, kənd təsərrüfatı və iqtisadi fəlakətdir. 600 hektar üzüm bağı yanıb”, – o qeyd edib. Merin sözlərinə …
Read More »İsrailin Qəzza ilə bağlı yeni planları məlum olub
İsrail hakimiyyəti Qəzza zolağında gələcək hərbi əməliyyatlar üçün beş aylıq planı təsdiqləməyə hazırlaşır, bu plana anklavda daha çox ərazinin ələ keçirilməsi daxildir. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbələrə istinadən məlumat yayıb. Belə ki, İsrailin baş naziri Binyamin Netanyahunun dəstəklədiyi Qəzza zolağı ilə bağlı hökumətin planı cümə axşamı təhlükəsizlik kabinetinə təqdim olunacaq. Anklavda daha çox ərazinin ələ …
Read More »Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hələ ki, Ərdoğanın gündəliyində belə bir plan yoxdur: “Belə bir məsələ olarsa, xəbər veriləcək”. Qeyd edək ki, daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar