Bazar , 5 Aprel 2026

Monthly Archives: Avqust 2025

Tramp: ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib. “Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev – Qeyd) nüvə silahı haqqında danışmağa başladı və nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz isə tam hazırıq, – Ağ Evin rəhbəri bildirib. Qeyd edək ki, ABŞ Prezidenti …

Read More »

ABŞ Rusiya sərhədlərinə nüvə sualtı qayıqları göndərir

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına özünəməxsus münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb. Qeyd olunub ki, Ağ Evin rəhbəri rusiyalı siyasətçinin sözlərinə cavab olaraq iki nüvə sualtı qayığının (NPS) Rusiya sərhədlərinə göndərilməsinə dair göstəriş verib. “Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin təxribat xarakterli bəyanatlarına cavab olaraq, mən …

Read More »

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, “Media haqqında” qanuna dəyişikliklə sənədin informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair norma əlavə edilib. Eyni zamanda dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında …

Read More »

Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib. …

Read More »

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il iyulun 1-nə 17 milyard 177,4 milyon manat təşkil etmiş daxili dövlət borcunun 8 milyard 26,8 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 150,6 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 12,9 %-i 1 illik, 57 %-i …

Read More »

Kiyevə DƏHŞƏTLİ HÜCUM: Ölənlərin sayı 27-yə çatdı, matəm elan olundu

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son raket zərbələri nəticəsində həlak olanların sayı artır. Boyukmillet.com xəbər ki, şəhər administrasiyasının yaydığı son məlumata görə, hücum nəticəsində ümumilikdə 27 nəfər həyatını itirib. Faciədən sonra şəhərdə matəm elan olunub. Hakimiyyət orqanları hücumları mülki əhaliyə qarşı “terror aktı” adlandırıb.

Read More »

Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə …

Read More »

İran Qərb dövlətlərinin ittihamlarını rədd edib

Rəsmi Tehran Qərb ölkələrinin İrana qarşı birgə bəyanatında irəli sürülən ittihamları rədd edib. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik ABŞ və Fransa da daxil olmaqla 14 ölkənin iyulun 31-də birgə bəyanat yayaraq, Avropa və Şimali Amerikada İranın dəstəklədiyi təhdid və hərəkətlərini pisləyib. ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, …

Read More »

Xalq artisti Arif Babayev vəfat edib

Xalq artisti Arif Babayev vəfat edib. Boyukmillet.com xəbər verir ki, o bu gün vəfat edib. Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib. Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan …

Read More »

ABŞ liderindən Rusiyaya ultimatum: Kremlin avqustun 8-ə qədər vaxtı var

ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib. Boyukmillet.com-un xəbərinə görə, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib. İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib. “Rusiyanın etdikləri iyrəncdir”, – o deyib. Tramp həmçinin qeyd edib …

Read More »