Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub: “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”.
Read More »Yearly Archives: 2025
MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Bildirək ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə …
Read More »İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında …
Read More »Qubadlı şəhərinin Baş planı təsdiqlənib
Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Read More »ASCO: “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, “Kəlbəcər” tankerinin istismara verildiyi 4 il ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib. Bu səfərlər çərçivəsində tankerlə 384,443 ton neft və neft məhsulu daşınıb. Hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7 800 ton, uzunluğu 141, eni 16,9 metrdir. Xatırladaq ki, “Kəlbəcər” tankerinin istismara verilməsindən 4 il ötür. ASCO-nun …
Read More »Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin inkişafı üçün xüsusi tədbirlər həyata keçiriləcək
Milli Məclislə ABŞ Konqresi arasında əlaqələrin inkişafı üçün xüsusi tədbirlər həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bugünkü iclasında deyib. Onun sözlərinə görə, bu addım avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüşə dəstək məqsədi daşıyır. …
Read More »Azərbaycan sərhədini pozan İraq vətəndaşı saxlanılıb
Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Qburi Ameer Visman saxlanılıb.
Read More »Antalya Böyükşəhər Bələdiyyəsində “rüşvət” əməliyyatı: 20 nəfər barədə həbs qərarı verilib
Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvət” istintaqı çərçivəsində 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Məlumata görə, əməliyyat Antalya Respublika Baş Prokurorluğu tərəfindən aparılır. Bildirilib ki, həbsdə olan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekin “rüşvət” istintaqı çərçivəsində daha 20 şübhəli şəxs haqqında saxlanma qərarı verilib. Müəyyən edilmiş ünvanlarda keçirilən əməliyyatlarda bəzi şübhəli …
Read More »Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyası istifadəyə verilib
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkənin metroloji infrastrukturunun inkişafı çərçivəsində 7 yeni etalon laboratoriyası açılıb. Boyukmillet.com xəbər verir ki, yeni yaradılan laboratoriyalar fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənməsi və ilkin nəmlik ölçmələri istiqamətlərini əhatə edir. Laboratoriyaların yaradılmasında məqsəd ölkədə ölçmələrin beynəlxalq standartlara uyğun təşkili, müasir metodların tətbiqi, metroloji …
Read More »Qətərin Baş naziri İsrailə xəbərdarlıq edib
Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada sülh üçün fürsət tapmaq üçün bütün cəhdləri puça çıxarır. Bu barədə Boyukmillet.com “Al Jazeera” telekanalına istinadən xəbər verir. Al Tani vurğulayıb ki, atəşkəslə bağlı danışıqlar aparan bir ölkədə danışıqlarçıları öldürmək cəhdi qeyri-qanuni olmaqla yanaşı, qeyri-etik və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar