Belçika təhlükəsizlik qüvvələri İsrailin Brüsseldəki səfirliyinin qarşısında əlində “Molotov kokteyli” olan şübhəlini saxlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, səfirliyin heç bir əməkdaşı xəsarət almayıb, onların hamısının təhlükəsizliyi təmin olunub. İsrail mediasının məlumatına görə, İsrailin təhlükəsizlik xidməti əməkdaşları artıq şübhəlinin şəxsiyyətini müəyyən ediblər. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Read More »Yearly Archives: 2025
Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib. Boyukmillet.com xəbər verir ki, ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb. Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi “dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına” malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də “eyni aqibətlə” üzləşəcək. Tramp …
Read More »Azərbaycan Rusiyadan AZAL-ın vurulmasına görə həm etiraf, həm də təzminat tələb edir
2024-cü il dekabrın 25-də Aktau yaxınlığında vurularaq qəzaya uğrayan AZAL sərnişin təyyarəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayaraq təyyarənin qəzaya uğraması ilə bağlı sığortaların ödənildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: “62 sərnişindən 46-sının xəsarət alması …
Read More »Bakıdan Zaxarovaya cavab: Rusiya vətəndaşlarının həbsi münasibətlərin pisləşməsi kimi təqdim edilə bilməz
“Rusiya XİN-in sözçüsünün Azərbaycanda 13 vətəndaşının həbsini münasibətlərin pisləşməsi kimi qiymətləndirməsi və azadlığa buraxılmalarını, iki ölkə arasındakı əlaqələrin normallaşması üçün şərt kimi göstərməsi doğru yanaşma deyil”. Bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Azər Ayxan verib. Bir gün öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması, Moskva ilə Bakı arasında münasibətlərin …
Read More »Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb
Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə dərhal Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib. Yanğınla mübarizəyə 3 təyyarə, 11 helikopter, 37 su daşıyan maşın, iki ağır texnika və 242 canlı qüvvə cəlb olunub. Hadisənin səbəbi isə hələ ki müəyyən edilməyib.
Read More »Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb
Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb. Boyukmillet.com bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir. İmzalanan sənədlər arasında – Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “SCANDENS …
Read More »Avropa İttifaqı sərhədlərə nəzarəti sərtləşdirəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 12-dən ümumi Avropa sərhəd keçid sistemini tətbiq edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb. “Avropa sərhədlərdə nəzarəti sərtləşdirir: hava limanlarında barmaq izlərinin götürülməsi və üz təsvirlərinin qeydə alınması üzrə geniş miqyaslı layihə başlayır”, – “Yle” yazıb. Şirkətin məlumatına görə, sistem ilk növbədə saxta pasportları olan şəxslərin aşkarlanmasına yönəlib. EES (“Entry”/”Exit System”) …
Read More »Azərbaycan Rusiya tərəfindən vurulan təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO-ya təşəkkür edib
Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəltdiyi və Qazaxıstanın həyata keçirdiyi araşdırmaya qurumun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş …
Read More »Ali Məhkəmə “Tərtər işi”ndə təqsirləndirilən şəxslərin cinayət işi üzrə qərar verib
“Tərtər işi” ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com-un məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin …
Read More »Azərbaycan XİN: Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur
Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə sentyabrın 4-də mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar