Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Azərbaycanda 544 nəfər ölümündən sonra donor olmaq üçün qeydiyyatdadır – RƏSMİ

2025-ci ilin ilk 8 ayında ölkədə 203 orqan köçürməsi icra olunub.  Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.  Qeyd olunub ki, ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb: “Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub. Buynuz …

Read More »

Bakının 28 May küçəsindəki tarixi abidənin icazəsiz konstruksiyaları sökülür

Bakının 28 May küçəsində yerləşən memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sökülür. Boyukmillet.com bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu bina Nazirlər Kabinetinin qərarına əsasən dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir: “Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin …

Read More »

Azərbaycanda minaaxtaran qadınların sayı açıqlanıb – RƏSMİ

Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar. Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə …

Read More »

Rusiya Prezidenti: Ukraynada əcnəbi hərbçilər qanuni hədəfimiz olacaq

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, döyüş əməliyyatlarının davam etdiyi şəraitdə Ukrayna ərazisində xarici kontingentlərin yerləşdirilməsi Rusiya silahlı qüvvələri üçün qanuni hədəf kimi qiymətləndiriləcək. Boyukmillet.com xəbər verir ki, o, bunu X Şərq İqtisadi Forumunun plenar iclasında deyib. “Döyüş əməliyyatları zamanı orada əcnəbi qoşunlar yerləşdiriləcəksə, onları qanuni hədəflər hesab edəcəyik”, – Rusiya lideri vurğulayıb. V.Putin eyni zamanda qeyd edib ki, uzunmüddətli sülhə …

Read More »

Pentaqon: Venesuelanın iki hərbi təyyarəsi ABŞ HHQ gəmisinin yaxınlığından uçub

Venesuelanın iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. “Son dərəcə təxribatçı bu addım bizim narkoterrorla mübarizə əməliyyatlarımıza mane olmaq məqsədi daşıyırdı”, – məlumatda deyilir. Bildirilir ki, Venesuela kartelinə ABŞ-nin hərbi narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına daha da mane olmağa, çəkindirməyə və ya müdaxilə …

Read More »

Yol polisi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib. Bu barədə  İdarədən məlumat verilib. Bildirilib ki, müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir: “Belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, …

Read More »

Dövlət Departamentinin keçmiş əməkdaşı Çinə casusluq etdiyinə görə 4 il müddətinə həbs olunub

Virciniya ştatının Şərq dairəsi məhkəməsi ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşını məxfi məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürdüyünə görə 4 il həbs cəzasına məhkum edib. Boyukmillet.com Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmə materiallarında deyilir. İstintaqa görə, 42 yaşlı Maykl Çarlz Skina internetdə özünü ona beynəlxalq konsaltinq şirkətlərinin işçiləri kimi təqdim edən insanlarla tanış olub. 2022-ci ilin aprel ayından müxtəlif elektron …

Read More »

Tramp Avropadan Rusiya neftinin alışını dayandırmağı tələb edir

ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə telefon danışıqları zamanı bəyan edib ki, Avropa Rusiya neftinin alışını dayandırmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Məlumata görə, Tramp söhbət zamanı vurğulayıb ki, Avropa İttifaqının Rusiya neftini alması bu ölkəyə ildə 1,1 milyard avro qazandırıb.

Read More »

Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub

“Arzuedənlər koalisiyası” ölkələri Ukraynaya uzaqmənzilli raketlər tədarük etməyə hazır olduqlarını təsdiqləyib. Boyukmillet.com Britaniya hökumətinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer sentyabrın 4-də koalisiyanın Parisdə keçirilən iclasında bildirib.  O, iclasa videokonfrans formatında qatılıb. “Arzuedənlər koalisiyası”nın son hərbi planlarının müzakirəsi zamanı baş nazir qeyd edib ki, qrup ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ukraynaya sarsılmaz dəstək öhdəliyi götürüb …

Read More »

Dövlət Xidməti “Telegram” hücumlarını araşdırır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) “Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb.  Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.  Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür. 

Read More »