IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində araşdırma aparılıb. Bu barədə İctimai Birlikdən məlumat verilib. Araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən “Çənlibel” restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb. Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Qırmızı Kitabına …
Read More »Yearly Archives: 2025
Azərbaycan “Tağıyev: Neft” filmini “Oskar” mükafatına namizəd kimi təqdim edib
Azərbaycan “Tağıyev: Neft” filmini “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında Kino Akademiyasının 98-ci “Oskar” mükafatına namizəd kimi təqdim edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev məlumat verib. Ş.Əliyev filmin “Oskar” mükafatına təqdim edilməsinin milli kinonun beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini qeyd edib. Məlumat üçün xatırladaq ki, “Tağıyev: Neft” filmi “Bakı Media Mərkəzi” tərəfindən …
Read More »Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”,-məlumatda qeyd olunub. Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan “Qloriya” funikulyorunun sentyabrın 3-də relsdən çıxması …
Read More »Gürcüstan və Türkiyə gənclər siyasəti üzrə əməkdaşlıq memorandumu imzalayıb
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsidir. Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, memorandumu Gürcüstanın təhsil naziri Givi Mikanadze və Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak imzalayıblar. Nazir Givi Mikanadzenin …
Read More »Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd göstərən qaçaqmalçılar saxlanılıb
Azərbaycanın dövlət sərhədini pozmaqla Xəzər dənizindən ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə məlumatında bildirilib. Belə ki, sentyabr ayının 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. …
Read More »Azərbaycan Avropa İttifaqı ölkələrinə qara kürü ixrac etməyi planlaşdırır
Azərbaycanda istehsal olunan qara kürü yaxın vaxtlarda Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarıla bilər. Bu barədə “Report”a “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı məlumat verib. “2025-cı ilin sonuna və yaxud 2026-cı ilin əvvəlinə Avropa İttifaqı ölkələrinə ixrac barədə düşünürük. Hazırda bu istiqamətdə danışıqlar aparılır, əlaqələr qurulur”, – deyə o qeyd edib. Qara kürü ixracının daha …
Read More »İstanbul–Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus “Airbus A321” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Bu barədə hava limanından bildirilib. Məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri …
Read More »ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizinin detallarını müzakirə üçün Ermənistana gedəcəklər
Növbəti həftə ABŞ-nin müxtəlif dairələrindən olan nümayəndələr “Tramp Marşrutu” (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni qəzeti “Joqovurd” mənbələrə istinadən yazır. Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq. “Hazırda rəsmi …
Read More »Putin Rusiya-Azərbaycan münasibətlərində problemlərin olduğunu etiraf edib
Ölkələr arasında münasibətlərdə həmişə cari vəziyyətdən irəli gələn hansısa suallar yaranır. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən mətbuat konfransında bildirib. “Problemlər var. Amma bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə kəsdik. Lakin hesab edirəm ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq”- o qeyd …
Read More »Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib
Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində avqustun 31-i gecəsi baş verən 6 bal gücündə zəlzələdən sonra Türkiyədən yardım istənilib. Çağırış əsasında Türkiyə Xarici İşlər Nazirliyi ilə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), eləcə də Türkiyə Qızıl Aypara Cəmiyyətinin koordinasiyasında hazırlanan humanitar yardım ləvazimatları Kayseridəki Erkilet hava …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar