Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünin iştirakı ilə keçirilən görüşdə iki qardaş ölkənin media əməkdaşlığı, informasiya mübadiləsi və gələcək planlar müzakirə olunub. Mətbuatla diplomatiyanın bir araya gəldiyi toplantıda son günlər Türkiyə mediasında Azərbayacana qarşı yer alan qərəzli və yanlış informasiya siyasətilə bağlı fikir mübadiləsi aparılıb, …
Read More »Yearly Archives: 2025
Britaniya Kadırovun anasına və atasının adını daşıyan fonda sanksiya tətbiq etdi…
Böyük Britaniya Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovu və Ahmet Kadırov Fondunu sanksiyalar siyahısına əlavə edib. Sanksiyalara məruz qalanların Böyük Britaniyadakı aktivləri dondurulacaq. Bundan başqa, siyahıda olanların ölkəyə girişi də qadağan edilib. London hökumətinin açıqlamasına görə, Aymani Kadırovun siyahıya daxil edilməsi Axmet Kadırov Fondunun rəhbəri kimi Moskvanın nəzarətində olan ərazilərdə “Rusiya hökumətinin ukraynalı uşaqların hərbi-vətənpərvərlik ruhunda yenidən tərbiyə etmə …
Read More »Yekaterinburqdakı Azərbaycan diasporuna qarşı təxribat – Vidadi Mustafayevi “sədr” vəzifəsinə kimlər “seçib”?
Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb. Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir. APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur. O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”. Vidadi Mustafayevin iqtisadi …
Read More »Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb
“Qarabağ” klubu yayda heyətinə qatdığı Joni Montieli UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməyib. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan təmsilçisinin açıqladığı siyahıda ispaniyalı yarımmüdafiəçinin adı yoxdur. Bundan əlavə, Aleksey İsayev də kənarda qalıb. Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, …
Read More »London Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. Hökumətdən bildirilib ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 11 mövqe genişləndirib. “Böyük Britaniya ukraynalı uşaqların məcburi deportasiyası, indoktrinasiyası, militarizasiyası və mədəni irsini silmək cəhdlərinə cəlb olunan şəxslərə qarşı sanksiyalar tətbiq edir”, – bəyanatda qeyd olunub. 11 sanksiyadan ibarət paketə səkkiz fiziki şəxs və üç hüquqi şəxs …
Read More »Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq
2026-cı ildə Sünikdə (Ermənistanın cənub hissəsində, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə) ağır yük və böyük ölçülü olmayan nəqliyyat vasitələri üçün yeni stasionar çəki stansiyası yaradılacaq. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin təşəbbüskarları ölkənin Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyi Orqanı və “Yol Departamenti” fondu olub. Söhbət Sünik vilayətində M-2 beynəlxalq avtomobil yolunun 198+000 – 199+000 km hissəsində çəki stansiyasının …
Read More »Azərbaycanda gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib. Faktla …
Read More »Politoloq: Ermənistanla diplomatik əlaqələrin qurulması Pakistanın regiona marağını vurğulayır
Azərbaycanla əməkdaşlıq Pakistanın xarici siyasətində xüsusi yer tutur, Ermənistanla diplomatik əlaqələrin qurulması haqqında qərar İslamabad tərəfindən Bakı ilə məsləhətləşmələrdən sonra və Cənubi Qafqazda vəziyyətin dəyişməsini nəzərə alaraq qəbul edilib. Bu barədə “Report”a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib. Politoloq vurğulayıb ki, Cənubi Qafqazdakı dəyişikliklərlə əlaqədar olaraq Pakistan xarici siyasətini tənzimləməyi qərara alıb: “Cənubi Qafqazda yeni bir səhifə açan Ermənistan və Azərbaycan …
Read More »Kim Çen In: Şimali Koreya və Rusiya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir
2024-cü ilin iyun ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandıqdan sonra ikitərəfli münasibətlər bütün aspektlərdə inkişaf edir. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib. Kim Çen In əlavə edib ki, KXDR Rusiyaya kömək etmək üçün …
Read More »Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb
2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3.600 ABŞ dolları səviyyəsinə yüksələrək tarixi maksimuma çatıb. Boyukmillet.com xəbər verir ki, bunu Nyu-York Əmtəə Birjasının (COMEX) məlumatları sübut edir. Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata əsasən, qiymətli metalın dəyəri bir unsiya üçün 3 600,30 dollar təşkil edib ki, bu da gündəlik 0,99% artım deməkdir. Saat 23:27-yə olan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar