Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Tramp: ABŞ Hindistan üçün gömrük rüsumlarını azaltmağı planlaşdırmır

ABŞ Hindistana qarşı tətbiq olunan gömrük rüsumlarının azaldılmasını nəzərdən keçirmir. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri Donald Tramp Oval Ofisdə jurnalistlərin sualını cavablandırarkən danışıb. “Biz Hindistanla yaxşı münasibətlər qurmuşuq, amma uzun illər ərzində bu münasibətlər birtərəfli xarakter daşıyıb”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, bəzi sahələrdə Hindistanın ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumları 200%-ə qədər yüksəlib: “Misal …

Read More »

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib. Boyukmillet.com verir ki, bu barədə Bolu vilayət administrasiyası məlumat yayıb. Bildirilib ki, sentyabrın 2-si axşam saatlarında Bolu polis şöbəsinin narkotiklərlə mübarizə idarəsinin keçirdiyi reyd zamanı xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Qeyd olunub ki, avtomobildə aparılan yoxlama zamanı yanacaq çənində şübhəli maddə aşkarlanıb. Həmin maddənin araşdırılması zamanı 9 təhlükəsizlik əməkdaşı onun yaydığı …

Read More »

Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.  Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu …

Read More »

Ərdoğan ABŞ-nin qərarını tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib. “Bu qərar təcili olaraq yenidən nəzərdən keçirilməlidir. BMT Baş Assambleyası dünya problemlərini müzakirə etmək və həll yolları tapmaq …

Read More »

Xankəndidə inşa ediləcək Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin binası ilə bağlı detallar açıqlanıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndidə tikiləcək yeni, 3 mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir …

Read More »

Ərdoğan: Rusiya və İran zaman keçdikcə narahatlıqlarının əsassız olduğunu anlayacaqlar

Rusiya və İran  zaman keçdikcə Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaqlar. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh təmin olunduqdan sonra bölgədə quru və dəmir yolları canlanacaq: “Sərhəd qapıları açılacaq, ticarət başda olmaqla bir çox sahələrə müsbət dinamika müşahidə ediləcək. Biz …

Read More »

Xankəndidə qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binası sökülür

Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, binanın söküntü işlərinə məhz sentyabrın 2-də başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz bu tarix Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi. Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə …

Read More »

Avqust ayında dövlət sərhədində dəyəri 4,5 milyon manatdan çox olan qaçaqmal tutulub

Avqust ayı ərzində dövlət sərhədində dəyəri 4 milyon 570 min 688 manat оlan qaçaqmal tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 kiloqram 238 qram narkоtik vasitə, 7248 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə …

Read More »

Milli Məclisin komissiyası: Rusiyada Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib

Rusiya Federasiyası ərazisindən Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub. Bildirilib ki, kampaniya avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yayılandan dərhal sonra başlayıb: “Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin …

Read More »

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb

Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – …

Read More »