Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında bildirib. “Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri də hazırdır və …

Read More »

Ermənistan Ordusunun hücumları nəticəsində Laçında yaralanmış şəxs: Qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Avqustun 22-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Muxtar Həşimov Laçının Cicimli kəndinin işğalı zamanı qəbirlərin başdaşılarının dağıdıldığını, meyitlərin qızıl dişlərinin çıxarıldığını bildirib. Boyukmillet.com xəbər verir ki, Muxtar Həşimov 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun Cicimli kəndindən məcburi köçkün düşdüyünü söyləyib: “Hələ 1989-cu ildə kəndimizdə çoban Mehdi Məhəmmədovu heyvan otardığı zaman …

Read More »

Vüqar Oruc: “AQC yeni dövrə çox ciddi şəkildə hazırlaşır və sektora mühüm yeniliklər gətirəcəyik”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb:– AQC-nin tərkibində Elmi-Metodiki Şura təsis olunub. Siyahı ilə tanış olduqda nüfuzlu iqtisadçı alimlərin bu şurada təmsil olunduğunu görürük. Şuranın fəaliyyət istiqamətləri nədən ibarət olacaq?– Elmi-Metodiki Şuranın yaranmasında əsas məqsəd qiymətləndirmə fəaliyyətinin …

Read More »

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə sənədlər imzalanıb

Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə avqustun 22-də sənədlərin imzalanması mərasimi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəmiryolu xəttinin təməli qoyulub

İğdır şəhərində Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməli qoyulub. Boyukmillet.com xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Qeyd edək ki, layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Xətt illik 5,5 …

Read More »

İsrail və Suriya sentyabrda təhlükəsizlik sazişi imzalaya bilər

İsrail və Suriya sentyabrda təhlükəsizlik sazişi imzalaya bilər. Bu barədə Boyukmillet.com Yaxın Şərq KİV-inə istinadən məlumat verir. Məlumata görə, Vaşinqton Suriya Prezidenti Əhməd əş-Şəraa, İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün təşkili üzərində fəal işləyir. “Bu istiqamətdə atılan addımlardan biri Suriyanın BMT-də danışıqlar aparmaq üçün geniş səlahiyyətlərə malik yeni nümayəndəsinin təyin edilməsi olub”, – KİV …

Read More »

Ermənistanda insanları mitinqdə iştiraka sövq edənlər həbs edilib

Ermənistanda hüquq-mühafizə orqanları “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyana dəstək üçün keçirilən mitinqdə vətəndaşları iştiraka “məcbur etmə” və “maddi şirnikləndirmə” işi üzrə iki nəfəri həbs ediblər. Boyukmillet.com erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat verib. İstintaqçılar iddia edirlər ki, bir qrup şəxs iyulun 4-də İrəvanda keçirilən mitinqdə insanların iştirakını təmin etmək məqsədilə “Ermənistanın müxtəlif bölgələrindən olan …

Read More »

Vilnüs aeroportuna bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub

Vilnüs hava limanına son iki gün ərzində ikinci dəfə bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə LRT portalı yazıb. “Dünən axşam rus dilində danışan bir kişi məlumat mərkəzinə zəng edərək, tezliklə işə düşəcək partlayıcı qurğu quraşdırdığını bildirib. Polis təhlükəsizlik xidmətləri ilə birlikdə hava limanını diqqətlə yoxlayıb, lakin heç bir partlayıcı maddə və ya şübhəli …

Read More »

Sabah 37 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda avqustun 23-də 37 dərəcə isti gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % …

Read More »

Tədrisi digər dildə olan VI siniflərdə “Azərbaycan tarixi” fənni dövlət dilində tədris olunacaq

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də “Azərbaycan tarixi” fənni dövlət dilində – Azərbaycan dilində tədris olunacaq. Boyukmillet.com xəbər verir ki, bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub. Qeyd edək ki, ötən tədris ilində bu tələb sırf V siniflərə şamil edilib.

Read More »