Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Kəlbəcərin 1-ci yaşayış kompleksində sakinlər üçün hər bir şərait yaradılıb

Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində sakinlər üçün hər bir şərait yaradılıb. “Report”un Qərb bürosu xəbər verir ki, bu barədə Prezidentin izi ilə Kəlbəcərə təşkil olunan mediaturda məlumat verilib. Bildirilib ki, müasir üslubda və yüksək standartlara uyğun inşa olunan yaşayış kompleksindəki mənzillər bütün zəruri xidmətlərlə təmin olunub. Yaşayış binalarının həyətində sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif məkanlar yaradılıb, …

Read More »

ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib

Vaşinqton administrasiyası ABŞ-nin kəşfiyyat dairələrinə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva və Kiyevlə aparılan danışıqlarla bağlı “Beş Ggz” qərb alyansının üzvlərinə heç bir məlumat verməməyi əmr edib. Boyukmillet.com xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Amerika rəsmiləri arasındakı mənbələrin məlumatına görə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Amerika kəşfiyyat agentliklərinə bu alyansın üzvlərinə Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı heç …

Read More »

Müdafiə Nazirliyinin sabiq xidmət rəisi 6 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama görə, Namiq Mirzəyev Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə maliyyə xidmət rəisi və digər vəzifələrdə çalışarkən …

Read More »

Azərbaycanda turizm: rekord gəlirlər, azalan vergi ödənişləri  

Ümumdünya Səyahət və Turizm Şurası (WTTC) Azərbaycanın səyahət və turizm sektorundakı vəziyyətlə bağlı nikbin proqnozlar verir. Beynəlxalq təşkilat hətta cari ildə bu sektorda əhəmiyyətli artım olacağını bildirir. WTTC-nin “Azerbaijan Travel & Tourism Economic Impact Research” adlı hesabatında qeyd olunur ki, 2025-ci ildə əcnəbilərin Azərbaycanda xərcləri 5,5 milyard manata, yerli turistlərin xərcləri isə 3,8 milyard manata çatacağı gözlənilir. Bu, postpandemiya dövründə sektorda yaranan …

Read More »

“Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib. Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa …

Read More »

Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Rostov vilayətindəki Novoşaxtinski neft məhsulları zavoduna və Voronej vilayətindəki yanacaq-sürtkü materialları bazasına zərbə endirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Həmçinin Ukrayna Silahlı Qüvvələri Donetskdə Rusiya ordusunun logistika bazasını və pilotsuz uçuş aparatları anbarını vurub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hədəfə zərbədən sonra çoxsaylı partlayışların baş verdiyini bildirib.

Read More »

İlham Əliyev: Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik

Artıq Zəngilana qədər dəmiryolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib. Dövlət başçısı əlavə edib: “Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim …

Read More »

Xocalıda Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. Boyukmillet.com xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. O qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə Ermənistan …

Read More »

Azərbaycan Prezidenti müxtəlif ölkələrin vaxtilə Ermənistana pulsuz silah verməsinin məqsədini açıqlayıb

Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah …

Read More »

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-dən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »