Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Yearly Archives: 2025
İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb
Bu ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan şəxslərin sayı 158 min 509 nəfər olub. Boyukmillet.com-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, onların 131 min 657 nəfərini kişilər, 26 min 852 nəfərini isə qadınlar təşkil edib. Ümumi verilən vəsiqələrdən 95 min 117-si, yəni kişilərə verilən vəsiqələrdən 87 min 784-ü, qadınlara verilən vəsiqələrdən isə 7 …
Read More »ABŞ Moskva və Kiyevin danışıqlardakı mövqelərinin təfərrüatlarını əldə edib
ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onlar üzərində işləyir. Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib. “Nəhayət ki, detalları əldə etdik. Biz onlar üzərində işləyirik, lakin hələ hər şeyi tam düşünməmişik”, – deyə danışan Vens əlavə edib: “Ukrayna Rusiyanın bir daha onun ərazisinə müdaxilə etməyəcəyini bilmək istəyir. …
Read More »Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin tarixi açıqlanıb
İğdır şəhərində Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək. Bu xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayan A.Uraloğlu yolun …
Read More »İndoneziyanın şərqində Semeru vulkanı 800 metr hündürlüyünə kül püskürüb
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı çərşənbə günü aktivləşərək 800 metr hündürlüyə kül püskürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İndoneziyanın “Antara” agentliyinə Siqit vulkanındakı müşahidə məntəqəsinin əməkdaşı Rian Alfian məlumat verib. “Semeru vulkanının püskürməsi çərşənbə günü yerli vaxtla səhər saat 07:21-də baş verib. Kül sütununun hündürlüyü zirvədən təxminən 800 metr və ya dəniz səviyyəsindən 4 476 metr yüksəkliyə …
Read More »Universitetlərə ixtisas seçimi başa çatıb, 86 mindən çox abituriyent ərizəsini təsdiq edib
Bakalavriat səviyyəsi üzrə 86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib. Boyukmillet.com xəbər verir ki, onlardan 23 min 919-u I qrup üzrə, 19 min 41-i II qrup üzrə, 24 min 414-ü III qrup üzrə, 6 966-sı IV qrup üzrə, 16 min 517-si isə V qrup üzrə seçim edib. Həmçinin I qrupda 22 min 209 nəfər …
Read More »Dumanın keçmiş deputatı Hacıyev milyonlarla dollar müqabilində məxfi məlumatları Qərbə ötürüb
Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev məxfi məlumatları açıqladığına görə ABŞ hökumət strukturlarından ən azı 45 milyon dollar alıb və bu, ABŞ hökumətinin Dövlət Səmərəliliyi Departamenti tərəfindən aşkar edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş Prokurorluğundakı mənbə bildirib. Nəzarət qurumunun məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra M.Hacıyev xaricə gedərək ona xarici vətəndaşlığın verilməsi müqabilində Qərbin xüsusi …
Read More »Londondan Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş edib
London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “Nomad Aviation AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb. Boyukmillet.com bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir. Bildirilib ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş …
Read More »Müharibə başlayandan bu günədək 100 mindən çox Ukrayna vətəndaşı Azərbaycana gəlib
2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır. Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min …
Read More »Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsi barədə danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Mark Rütte arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib. Tərəflər Ukrayna ilə Rusiya arasında danışıqlar prosesindəki son vəziyyəti müzakirə ediblər. Ərdoğan və baş katib Türkiyənin Ukraynadakı sülh prosesində və Qara dənizin təhlükəsizliyində həlledici roluna toxunublar. Onlar, həmçinin davamlı təhlükəsizlik təminatları haqqında fikir mübadiləsi aparıblar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar