Qəzza sektorundan olan radikalların İsrailə atdığı İsrail Hərbi Hava Qüvvələri tərəfindən “ələ keçirilib”. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Hərbi Hava Qüvvələri Qəzza sektorunun mərkəzi hissəsindən İsrail ərazisinə tərəf hərəkət edən raketi ələ keçirib”, – bəyanatda deyilir. Qeyd edilib ki, hadisə ilə bağlı Qəzza sektoruna bitişik İsrail ərazilərində hava həyəcanı elan edilib.
Read More »Yearly Archives: 2025
Zelenski Trampla görüşmək üçün ABŞ-yə yola düşüb
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə uçub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında yazıb. O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.
Read More »Putinin Ukraynadan əsas tələbləri – Siyahı YAYILDI
Cümə günü Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Moskvanın təklifi ilə bağlı yeni detallar üzə çıxıb. Boyukmillet.com Modern.az-a istinadla xəbər verir ki, Putin Ukraynada müharibəni dayandırmaq üçün bir sıra şərtlər irəli sürüb. Sözügedən şərtlər “ərazi qarşılığında sülh” modelinə əsaslanır və Ukraynanın dövlətçiliyi üçün ciddi güzəştlər nəzərdə tutur. pizza Məlumata görə, Putin yalnız bütün paket üzrə razılaşma əldə …
Read More »Türkiyədə meşə yanğınları davam edir
Türkiyənin Çanaqqala vilayətində, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları davam edir. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, yanğın əsən küləyin təsiri ilə meşə sahələrinə yayılıb, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb. Çanaqqala valisi Ömər Toraman bildirib ki, hadisə ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib. Yanğınla mübarizəyə 12 təyyarə, …
Read More »Serbiyada etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb
Bazar günü gecə Valyevo, Belqrad və Serbiyanın digər şəhərlərində baş verən iğtişaşlar zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə bazar günü Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Dünənki razılaşdırılmamış etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb, onlardan 16-sı cinayət törətməkdə şübhəli bilinir. Daha 35 nəfər isə inzibati xətalara görə …
Read More »Avropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər
Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək. Boyukmillet.com-un xəbərinə görə, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib. “Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır”, …
Read More »Mərkəzi Univermaq və “Moskva Ticarət Mərkəzi”nin “qızıl” fırıldağı – ARAŞDIRMA
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 3 milyard 157.6 milyon ABŞ dolları dəyərində 32 min 919.1 kiloqram qızıl idxal edilib. Hesablamalara görə, ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95 min 920.2 ABŞ dolları təşkil edib. Ölkəyə qızıl əsasən Rusiya, Böyük Britaniya, Avstraliya, ABŞ, Cənubi Afrika, Qazaxıstandan gətirilib. Qızıl bütün dünyada yatırım vasitəsi hesab edilir. Azərbaycanda isə bu əksinədir. …
Read More »Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq
Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Dunya” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən “Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq. Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, vətənə dönüşünün …
Read More »Sabah 36 dərəcə isti olacaq
Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 21-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və …
Read More »Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olub
Avqust ayının 17-si gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub FHN Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar