Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

UNEC dosenti AQC Elmi-Metodiki Şurasının sədri seçilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib və qurumun fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Assosiasiyanın fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, AQC-nin tərkibində Elmi-Metodiki Şura yaradılıb. Ölkəmizin nüfuzlu iqtisadçı alimlərinin şurada təmsil olunduğu barədə məlumat verən Vüqar Oruc bildirib ki, onun …

Read More »

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün saxlanılıb. Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi …

Read More »

Fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarı yenidən dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb. Bu barədə  FHN-dən məlumat verilib. Bildirilib ki, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunan nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılan …

Read More »

Paşinyan: Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya fayda gətirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiyaya son dərəcə nəzərəçarpan faydalar gətirəcək. Boyukmillet.com xəbər verir ki, o, bunu “Fox news”a müsahibəsində bildirib. “Bu saziş həyata keçirildikdən sonra İran Fars körfəzindən Qara dənizə qədər dəmiryol infrastrukturuna çıxış əldə edəcək. Rusiya və İran arasında dəmir yolu əlaqəsinin qurulması mümkün olacaq”, – baş nazir …

Read More »

Ərdoğan 185 general və admiralı yeni vəzifəyə təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 185 general və admirala yeni vəzifə verib. Boyukmillet.com xəbər verir ki, prezidentin bununla bağlı sərəncamı “Resmi Gazete”də yayımlanıb. Sərəncama əsasən, Quru Qoşunları Komandanlığında 119, Hərbi Dəniz Qüvvələri Komandanlığında 35, Hərbi Hava Qüvvələri Komandanlığında isə 31 general və admiralın vəzifələri dəyişib. Türkiyə Prezidentinin sərəncamı ilə ordu generalı Bəxtiyar Ersay Birinci Ordu Korpusuna komandir təyin olunub. Qeyd edək …

Read More »

Pakistan səfiri: Azərbaycanla məsləhətləşmədən sonra Ermənistanla münasibətlərə baxıla bilər

Pakistanın Ermənistana münasibətində hər hansı hansı dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər. Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib. O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır: “Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir. Üç onillikdir davam edən siyasətimizdə hər hansı dəyişiklik Azərbaycandakı dostlarımızla məsləhətləşmədən sonra mümkün ola bilər”.

Read More »

ABŞ Dövlət Departamenti Nigeriyaya döyüş sursatları və raketlərin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Nigeriyaya 346 milyon dollar məbləğində döyüş sursatlarının, yüksək dəqiqlikli aviasiya bombalarının və raketlərinin, eləcə də müvafiq maddi-texniki təminatın potensial satışını təsdiqləyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb. Qurumun bəyanatında göstərilir ki, tədarük ediləcək silahların nomenklaturasına 1 002 ədəd “MK-82” aviasiya …

Read More »

Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

Ukrayna hakimiyyəti MDB çərçivəsində növbəti sazişdən çıxmağa qərar verib. Boyukmillet.com-un məlumatına görə, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk öz “Telegram” kanalında bildirib. “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişdən çıxma barədə” qanun layihəsi təsdiqlənib”, – deyə o yazıb. Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanmışdı. …

Read More »

Rusiya XİN: Ukraynaya yardım, “Tramp yolu”, Bakı ilə münasibətlər haqda…

Rusiya Xarici İşlər Nazirliyi (XİN )Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib. Bu barədə Rusiya XİN-nin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev bildirib. O deyib ki, azərbaycanlı tərəfdaşların Ukraynaya silah-sursat və yaxud ikili təyinatlı humanitar yardımın göndərilməsi məsələsində Rusiyanın tutduğu mövqe açıq-aydın bəllidir. Fadeyev qeyd edib ki, bu addımlar dinc nizamlanmaya töhfə vermir və vəziyyəti daha da çətinləşdirir. …

Read More »

Valideynlərə MÜHÜM XƏBƏR:Məktəbli formalarının qiyməti açqlandı – MƏBLƏĞ

Dərslərin başlamasına az qalıb. Bu ərəfədə valideynləri ən çox düşündürən məktəb alış-verişi, geyim-keçimdir. Maraqlıdır, bəs bu il üçün məktəbli geyimlərinin qiymətlərində dəyişiklik varmı? Mövzu ilə bağlı News24.az Bakı Tikiş Evinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib ki, keçən ilə nisbətən bu il məktəbli geyimlərinin qiymətləri ucuzlaşıb. O 2025-ci il üçün oğlan və …

Read More »