Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Qazaxıstan və Türkiyə əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri zamanı birgə investisiya layihələri ilə bağlı bir sıra kommersiya sazişləri imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kazakh İnvest”in mətbuat xidməti məlumat yayıb. “İmzalanmış layihələrin ümumi investisiya həcmi 490 milyon ABŞ dollarından çoxdur. Bu təşəbbüslər kənd təsərrüfatını, əczaçılıq istehsalını və logistikanı əhatə edir ki, bu da Qazaxıstan-Türkiyə investisiya tərəfdaşlığının müxtəlifliyini və dərinliyini vurğulayır”, …

Read More »

““Səsiniz olaq” xidməti inklüzivliyə töhfə verəcək”- Cəmilə Çingizqızı

““Səsiniz olaq” xidməti inklüzivliyə töhfə verəcək”- Cəmilə Çingizqızı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəyə verilmiş “Səsiniz olaq” adlı görüntülü onlayn surdotərcümə xidmətini alqışladı. Boyukmillet.com xəbər verir ki, Cəmilə Çingizqızı bu təşəbbüsün inklüziv cəmiyyətin qurulması istiqamətində atılmış mühüm addımlardan biri olduğunu bildirib: “İnanırıq ki, bu xidmət eşitmə və nitq məhdudiyyətli …

Read More »

Təqaüd artımları 160 mindən çox tələbəni əhatə edəcək – RƏSMİ

Azərbaycan Prezidentinin tələbə təqüdləri ilə bağlı imzaladığı müvafiq Sərəncam və Fərmanı 160 mindən çox tələbəni əhatə edəcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd məbləğlərinin artımı doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələri əhatə etməklə, ümumilikdə 160 mindən çox tələbəyə şamil ediləcək: “Prezident təqaüdü üzrə artımı isə 200-dən …

Read More »

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətinin dayandırılacağı tarix məlum olub – EKSKLÜZİV

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti sentyabrın 3-dən etibarən dayandırılacaq. Bunu “Report”un sorğusuna cavab olaraq UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) bildirib. “UNICEF-in Azərbaycandakı fəaliyyəti 3 sentyabr 2025-ci il tarixində dayandırılacaq. UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığını regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”,- o qeyd edib. Xatırladaq ki, martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə …

Read More »

Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb

Həbsxanada aclıq aksiyası keçirən “Abzas Media”nın  baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova aclıq aksiyasını dayandırıb . Boyukmillet.com xəbər verir ki, bu barədə Sevinc Vaqifqızının ailəsindən bildirilib. Məlumata görə, jurnalist xanımlar bu addımı atarkən valideynlərinin və dostlarının israrlı xahişlərini nəzərə alıb. Hər üç jurnalist 10 gündür ki, bu aksiyaya başlamışdı.

Read More »

Fikrət Cəfərli – həbs olundu

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com  xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil …

Read More »

Azərbaycan Rusiya gərginliyi: BAKININ CƏSARƏTLİ MÖVQEYİ- EKSPERT ŞƏRHİ

Azərbaycanla Rusiya arasında başlanan gərginlik hələ də davam edir. Bu prosesə diqqət edərkən rəsmi Bakının adekvat mövqeyi açıq görünür. Halbuki, əvvəlki illərdə bunun şahidi olmurduq. Rəsmi Bakının bu cəsarəti nədən qaynaqlanır? Onu da nəzərə alaq ki, Avropa ilə də münasibətlərimiz insan haqlarının durumuna görə pisdir. Bəs, Azərbaycan bu prinsipial mövqeyində nəyə arxayındır? Məsələ ilə bağlı  Gununsesi.info-ya açıqlama verən siyasi şərhçi …

Read More »

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi …

Read More »

BMT: Afrika və Qərbi Asiyada ac insanların sayı artır

Az qidalanmadan əziyyət çəkən dünya əhalisinin sayı son bir ildə 673 milyon nəfərə qədər azalıb, lakin Afrika və Qərbi Asiyada ac insanların sayı artır. Boyukmillet.com-un xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda bildirilir. “2024-cü ildə dünya əhalisinin 8,2 %-i və ya təqribən 673 milyon insan aclıqdan …

Read More »

Şəmkirdə sərnişinlər bıçaqlanıb, onlara xəsarət yetirməkdə sürücü şübhəli bilinir

Şəmkirdə sərnişinlər bıçaqlanıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »