Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb

Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkə səhifəsindəki videomüraciətində bildirib. XİN başçısı qeyd edib ki, Macarıstanın altı vətəndaşı artıq Azərbaycan vasitəsilə İranı tərk edib. Bundan sonra o, diplomatlara da eyni şəkildə hərəkət etməyi tapşırıb. “Tehrandakı səfirliyimizdə işləyən bütün diplomatlara və ailə üzvlərinə İranı tərk etmək barədə …

Read More »

Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb

Bolqarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıdan davam etdirəcək. Boyukmillet.com Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib. “Biz İrandakı səfirliyi bağlamırıq, təhlükə sovuşana qədər onu Bakıya köçürürük”, – Baş nazir deyib. Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Budapeşt Yaxın Şərqdə gərginliyin artması …

Read More »

İran İsrail tərəfindən nüvə obyektlərinə hücum barədə AEBA-nı məlumatlandırıb

İsrail tərəfi İranın mərkəzi hissəsində – Ərakda yerləşən kompleksə hücum etməklə nüvə obyektlərinə hücumları qadağan edən beynəlxalq hüququ pozub və İran baş verənlər barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın Atom Enerjisi Təşkilatının mətbuat xidmətinin bəyanatına istinadən bildirib. “Bu gün səhər İsrail Arakdakı tədqiqat reaktoruna və ağır su istehsalı kompleksinə …

Read More »

Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına mərmi düşüb

Gürcüstanın Tel-Əvivdəki səfirliyinin yaxınlığına mərmi düşüb. Boyukmillet.com gürcü KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbukdakı bəyanatında deyilir. “Bu gün səfirliyin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb”, – məlumatda qeyd olunub. Qeyd olunub ki, bina zədələnməyib. Ölən və yaralananlar barədə də məlumat verilməyib. Diplomatik nümayəndəlik İsrail təhlükəsizlik xidmətlərinin təlimatlarına uyğun olaraq fəaliyyətini davam etdirir. İsraildə olan Gürcüstan vətəndaşlarına yerli …

Read More »

Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Prezident “X” sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib. Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub. Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil …

Read More »

Naxçıvan və İstanbul universitetləri arasında ikili diplom müqavilələri imzalanıb

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb “Report”un yerli bürosu xəbər verir ki, İstanbulda Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi olub. İkili diplom müqavilələri NDU-nun rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb. Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində …

Read More »

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən …

Read More »

Strategiya və dövlət proqramı layihələri üzrə dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək komissiya yaradılıb

Strategiyanın və Dövlət Proqramının layihələrinin hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə …

Read More »

İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirib

İran səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu mərkəzlərdə minlərlə hərbçi, rəqəmsal idarəetmə sistemləri və s. yerləşir. İran tərəfi iddia edir ki, Beer-Şevada yerləşən “Soroka” klinikası zərbə dalğasından zərər çəkib.

Read More »