İrandan 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub. Boyukmillet.com-un məlumatına görə, artıq humanitar keçid beş gündür yüksək səviyyədə həyata keçirilir. Bildirilib ki, İsrail-İran müharibəsi başlayandan 600-dən çox şəxsin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən rahat keçidi təmin edilib. Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşlarının da olduğu siyahıda 17 ölkənin vətəndaşları var. Bu siyahıda MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, …
Read More »Yearly Archives: 2025
Tramp İranı ABŞ bazalarına hücum edəcəyi təqdirdə nəticələrin ağır olacağı ilə təhdid edib
ABŞ Prezidenti Donald Tramp İranı Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum edəcəyi təqdirdə bunun nəticələrinin ağır olacağı ilə təhdid edib. Boyukmillet.com-un “CBS News” telekanalına istinadən məlumatına görə, Tramp bunu təyyarədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əgər İran amerikalılara hər hansı bir ziyan vursa, ABŞ çox güclü zərbə endirəcək.
Read More »İsrail raketləri vurmaq üçün “Dəmir şüa” lazer sistemindən istifadə etməyə başlayıb
İsrail ilk dəfə olaraq döyüş şəraitində İranın raket və pilotsuz təyyarələrini vurmaq üçün “Dəmir şüa” lazer hava hücumundan müdafiə sistemindən istifadə etməyə başlayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Moskvadakı səfirliyinin nümayəndəsi bildirib. “İsrail artıq sınaq rejimində İranın raketləri və pilotsuz təyyarələrini ələ keçirmək üçün Iron “Dəmir şüa” lazer hava hücumundan müdafiə sistemindən istifadə edir”, – agentliyin müsahibi …
Read More »“Tasnim”: İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə yeni raket zərbələri endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. İsrailə atılan raketlərin dəqiq sayı barədə məlumat verilmir.
Read More »SEPAH: İran səhərə qədər İsraili vuracaq
İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə səhərə qədər davam edəcək yeni zərbə dalğasına başlayıb. Boyukmillet.com-un “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri – SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib. “Bir neçə dəqiqə əvvəl “Doğru vəd 3″ əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər …
Read More »Pakistan İranla sərhədi tamamilə bağlayıb
Pakistan Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar İranla sərhədi qeyri-müəyyən müddətə bağlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb. “İranla sərhədin bağlanması barədə qərar İsrailin hücumları səbəbindən qeyri-sabit vəziyyət fonunda təhlükəsizlik üçün qəbul edilib”, – KİV-lər adı açıqlanmayan rəsmilərin sözlərinə sitat gətirib. Qeyd edək ki, İran və Pakistanın 905 km uzunluğunda ümumi sərhədi var. Sərhəd məntəqələri bazar günündən …
Read More »Tacikistanın 10 vətəndaşı Azərbaycan vasitəsilə İrandan təxliyə edilib
İran ərazisində olan Tacikistanın 10 vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib. Bu barədə “Report”un Cənub bürosu xəbər verir. Bildirilib ki, Tacikistan vətəndaşları İrandan Azərbaycana Astara dövlət sərhəd buraxılış məntəqəsindən keçirilərək təxliyə olunub və daha sonra ölkələrinə yola salınacaqlar.
Read More »AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır: • Bakı – Dammam – Bakı (J2 8205/8206) • Bakı – Bəhreyn – Bakı (J2 505/506) • Bakı – Ər-Riyad – Bakı …
Read More »Ermənistan Yaxın Şərqdəki vəziyyət səbəbindən malların ixrac və idxalında çətinliklər yaşayır
Ermənistan Yaxın Şərqdə gərginliyin artması səbəbindən malların ixracı və idxalında çətinliklərlə üzləşir. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. “Biz həm idxal, həm də ixracda çətinliklərlə üzləşirik. Ümid edirik ki, münaqişə həll olunacaq və biz əvvəlki kimi İran vasitəsilə yükləri daşıya biləcəyik”, – nazir deyib. Onun sözlərinə görə, İsrail və İran arasında münaqişənin kəskinləşməsi …
Read More »Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. Boyukmillet.com bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar