Türkiyənin Hatay vilayətində yük maşınının qoşqusunda ot bağlamalarının altında gizlənmiş 31 qanunsuz miqrant aşkar edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, qanunsuz miqrantlar Antakya- Altınözü istiqamətində hərəkət edən yük maşınında polislər tərəfindən aparılan axtarış zamanı müəyyən edilib. Yük maşınının sürücüsü B.K. polis tərəfindən saxlanılıb. Qanunsuz miqrantlar deportasiya edilmək üçün vilayətin Miqrasiya Mərkəzinə təhvil verilib.
Read More »Yearly Archives: 2025
İsrail İranın Müdafiə Nazirliyinin qərargahına zərbə endirib
İsrailin Hərbi Hava Qüvvələri İranın Müdafiə Nazirliyinin Tehrandakı qərargahına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Hücum Nobaniad rayonunda baş verib, inzibati binalardan birinə cüzi ziyan dəyib. Eyni ərazidə Müdafiə Araşdırmaları Təşkilatı daha bir hücuma məruz qalıb.
Read More »Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Boyukmillet.com xatırladır ki, 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə …
Read More »AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır. Bu barədə AZAL-dan bildirilib. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın …
Read More »Türkiyənin hakim partiyasının nümayəndə heyəti Bakıda
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvləri , sədr müavini Efkan Alanın rəhbərliyi ilə Azərbaycana səfər edib. Partiyanın üzvləri Bakıda Şəhidlər Xiyabanını ziyarət edib. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrini tənzimləyən Şuşa Bəyannaməsinin 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda olan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini …
Read More »İran İsrailin müttəfiqlərinin regional bazalarını vurmaqla hədələyib
İran rəsmi olaraq ABŞ, Fransa və Böyük Britaniyaya İsrailə qarşı daha genişmiqyaslı zərbələr endirəcəyini bildirib. Bu barədə Boyukmillet.com İranın “Mehr News” agentliyinin məlumatına istinadən xəbər verir. “İranın İsrailə zərbələrinin dəf edilməsində iştirak edən istənilən ölkə şərik hesab olunacaq. Bu dövlətin bütün regional bazaları, o cümlədən Fars körfəzi ölkələrindəki hərbi obyektləri, Fars körfəzi və Qırmızı dənizdəki gəmi və hərbi gəmiləri İran Silahlı Qüvvələrinin …
Read More »Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır: “Azərbaycan əraziləri işğal altında …
Read More »İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. Boyukmillet.com “Mehr”ə istinadən xəbər veri ki, Baş Qərargahın kəşfiyyat üzrə müavini Qolamreza Mehrabi və əməliyyatlar üzrə müavini Mehdi Rabbani həlak olublar.
Read More »İranın BMT-dəki daimi nümayəndəsi: ABŞ-nin İsrailin İrana qarşı terror hücumlarında əli var
İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani İsrailin İran ərazisinə son zərbələrini kəskin şəkildə pisləyərək ABŞ-ni iştirakçılıqda ittiham edib və Tehranın cavab vermək hüququ barədə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat dünya təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasındakı çıxışında bildirib. BMT Təhlükəsizlik Şurasının İsrailin İrandakı obyektlərə hücumlarına həsr olunmuş təcili iclasında İslam Respublikasının daimi nümayəndəsi Əmir Səid İravani …
Read More »Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb. “Report”un Cənub bürosu xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar