İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, İran tərəfindən yeni raket atəşi qeydə alınıb, əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb. “Hazırda hava hücumundan müdafiə vasitələri təhlükəni aradan qaldırmaq üçün lazım olan hər yerdə [hədəfləri] ələ keçirmək üçün işləyir”, – ordu mətbuat xidmətinin məlumatında deyilir.
Read More »Yearly Archives: 2025
İsrailin hücumuna görə Naxçıvan reysləri dayandırıldı
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri iyunun 13-dən fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. …
Read More »KİV: Məşhəd səması üzərində qırıcı təyyarələr havaya qaldırılıb
İran aviasiyasının qırıcı təyyarələri Məşhəd şəhəri üzərində havaya qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. “İran aviasiyasının qırıcı təyyarələri Məşhəd səmasında görünür. Hələ heç bir rəsmi mənbə təyyarələrin səmada görünməsinin dəqiq səbəbləri barədə məlumat verməyib”, – yerli informasiya agentlikləri bildirib.
Read More »İsrailin şimalında hava həyəcanı siqnalı verilib, iki PUA vurulub
İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalı verilib. Boyukmillet.com -un məlumatına görə, bu barədə İsrailin 12-ci kanalı məlumat verir. Həmçinin qeyd olunub ki, İran iki pilotsuz uçuş aparatı “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Nəşr həmçinin vurğulayıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Read More »Kənan Quluzadə: “İsrail-İran gərginliyi regionda turizm sektoruna yeni böhranlar yaşada bilər”
Regionda baş verən geosiyasi gərginliklər, xüsusilə İsrail və İran arasında artan qarşıdurma Azərbaycan və bütövlükdə regional turizmə mənfi təsir göstərə bilər. Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə deyib. Onun sözlərinə görə, turizm sahəsi həm qlobal, həm də regional dəyişikliklərə ən həssas reaksiya verən sahələrdən biridir: “Bunu pandemiya dövründə açıq şəkildə gördük. Ən geniş …
Read More »AZAL təhlükəsizlik məqsədilə Bakıdan Mumbai, Dammam və Lahora reysləri ləğv edib
Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib. Boyukmillet.com bu barədə aviaşirkət istinadən xəbər verir. Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib. “AZAL uçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim …
Read More »Bir sıra generalların vəzifədə olması üçün yaş senzi ləğv edilir
Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin ləğv edilməsi haqqında qanuna dəyişiklik qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, ordu generalı ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə …
Read More »Azərbaycan XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, qurumun bəyanatında bildirilib. Qeyd olunub ki, İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Bildirilib ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, …
Read More »“İnter-Server” 35 illiyini qeyd edir
Boyukmillet.com xəbər verir ki, bu gün “İnter Server” şirkətlər qrupunun 35 illik yubileyi qeyd olunur. Bu gün iş dünyasında azərbaycanlı imzası kifayət qədər çoxdur. Tanınmış iş adamlarımız ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda yetərincə bəlli bir saya malikdir. Lakin onların içində iş sferasında, biznes sektorunda praqmatik dəst-xətti və punktual üslubu ilə fəaliyyət göstərdiyi ölkədə ciddi nüfuza sahib, eyni zamanda müxtəlif sosial …
Read More »İsrail on minlərlə ehtiyatda olan hərbçini xidmətə çağırır
İsrail Müdafiə Ordusu on minlərlə ehtiyatda olan hərbçini xidmətə çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bəyanat verib. Onun sözlərinə görə, onlar bütün sərhədlər boyunca yerləşdiriliblər. Xəbər yenilənir
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar