Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. “Bu gün 7 iyundur. Ermənistanın növbəti parlament seçkilərinə düz bir il qalıb. Seçki 2026-cı il iyunun 7-də keçiriləcək”, – A.Simonyan bildirib.
Read More »Yearly Archives: 2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib – RƏSMİ
Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb: “Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü …
Read More »Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən gətirilmiş 20,4 ton pomidoru ölkəyə buraxmayıb. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, iyunun 4-də “Rosselxoznadzor”un Cənub Vilayətlərarası İdarəsinin mütəxəssisləri “Tuapse” dəniz limanında fitosanitar karantin nəzarəti həyata keçirib. Məhsullar ixracatçı ölkənin bitki karantini və mühafizəsi üzrə milli təşkilatının verdiyi fitosanitar sertifikatlarla müşayiət olunub. Yoxlama zamanı pomidor partiyalarında tərəvəz bitkiləri üçün …
Read More »Ermənistanın müxalif parlament fraksiyası Paşinyanın impiçment prosesini başlatmağa qərar verib
Ermənistanın müxalif parlament fraksiyası – “Şərəfim var” baş nazir Nikol Paşinyana qarşı impiçment prosesini başlatmağa və bu posta Masis şəhərinin meri David Ambartsumyanın namizədliyini irəli sürməyə qərar verib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə fraksiyanın bəyanatında deyilir.
Read More »Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Azərbaycanda iyunun 6-da 16 kiloqramdan çox narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Read More »MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi barədə məlumat yayıb. MN-dən verilən məlumata görə, Mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycanın Dövlət Himninin sədası altında Dövlət Bayrağı qaldırılıb. Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, …
Read More »Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Latviya yığması ilə üz-üzə gələcək
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Boyukmillet.com-un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək. Riqa şəhərindəki “Skonto” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq. Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı “Liv Bona Dea Arena”da Macarıstan yığmasını …
Read More »Tramp İranı uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla hədələyib
İran hakimiyyəti uranı zənginləşdirməməlidir, əks halda ABŞ-nin fəsadları ilə üzləşəcək. Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Nyu Cersi ştatına uçan təyyarəsinin göyərtəsində jurnalistlərə deyib. Ondan İranın ali dini lideri Ayətullah Əli Xamneyinin ölkəsinin uranı zənginləşdirməyə qadir olmasının zəruriliyi barədə sözlərini şərh etməsi istənilib. “Onlar (uranı) zənginləşdirməyəcəklər. Zənginləşdirsələr, o zaman biz başqa cür hərəkət etməli olacağıq. Mən bunu …
Read More »Paşinyan Azərbaycan xalqının Qurban bayramını təbrik etdi
Boyukmillet.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirik. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.
Read More »Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “Qurban bayramınız mübarək! Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!”. #QurbanBayramı pic.twitter.com/vz7WyWwO1C— Mehriban Aliyeva (@1VicePresident) June 6, 2025
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar