Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta …

Read More »

Elnur Eltürk: Şimali Kiprin beynəlxalq müstəvidə tanınması zamanın tələbinə çevrilib

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri Şimali Kiprin türk xalqı ilə həmrəyliyini artırmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb. Dövlət başçısı Türk dövlətlərindən bu istiqamətdə əməli addımlar atacaqlarını gözlədiklərini vurğulayıb. O bildirib ki, Şimali Kiprsiz Türk dünyasını təsəvvür etmək çətindir. Ona görə də …

Read More »

ABŞ-də İsrail səfirliyinin iki əməkdaşının öldürüldüyü bildirilir

Şübhəli şəxs saxlanıldıqdan sonra “Fələstinə azadlıq!” şüarını səsləndirib və “bunu Qəzza üçün etdim” deyə izah edib ABŞ-də İsrail səfirliyinin iki əməkdaşının Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında güllələnərək öldürüldüyü bildirilir. Məlumata görə, öldürülən Sara Milqrim və Yaron Lişinski mayın 21-də axşam saatlarında Vaşinqtondakı Paytaxt Yəhudi Muzeyi yaxınlığında hücuma məruz qalıblar. Sara Milqrim səfirliyin İctimai Diplomatiya üzrə Mütəxəssisi, Yaron Lişinski isə Siyasi Departamentdə Tədqiqat …

Read More »

“Təəssüf ki, AKP-də məzhəbçilik düşüncəsi üstünlük təşkil edir…”

“Hesab edirəm ki, bu tendensiyanın qarşısını almaq üçün məsələni daha da qızışdırmamaq mövqeyindən çıxış etmək lazımdır…” “Çünki bir tərəf deyəcək, o biri tərəf cavab verəcək, bu cür gedişat günlərlə davam edəcək və belə bir gedişlə bu qalmaqal böyüyə və xoşagəlməz nəticələrə gətirib çıxara bilər…. Arzu edək ki, bu məsələ tezliklə qapansın…” “Ötən həftənin diqqətçəkən və müxtəlif media resurslarında mübahisələr, qalmaqallar …

Read More »

İran dünya birliyini İsrailin təhdidlərinə qarşı tədbirlər görməyə çağırıb

Dünya birliyi İsrailin İranın nüvə proqramına qarşı təhdidlərini diqqətsiz qoymamalıdır, əks halda Tehran onu qorumaq üçün xüsusi tədbirlər görməli olacaq. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bu gün “X” sosial şəbəkəsində yazıb. “BMT-nin baş katibi Antonio Quterreşə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossiyə məktubumda beynəlxalq birliyi İsrailin …

Read More »

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub. Boyukmillet.com xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş …

Read More »

Köçəryan: Ermənistan suverenliyini qorumaq istəyirsə Avropadan əl çəkməlidir

Ermənistanın eks-prezidenti Belarus və Rusiya ilə münasibətlərin pisləşməsinə görə Paşinyanı ittiham edib Ermənistanın keçmiş prezidenti Robert Köçəryan jurnalistlərə deyib ki, Ermənistan prioritet olaraq öz suverenliyini qorumaq istəyirsə, “Aİ-dən uzaq durmalıdır”. OC Media yazır ki, Köçəryan mayın 19-da bir neçə KİV-ə müsahibəsində Aİ-nin “üzv ölkələri cəzalandırmaq, cərimələmək və müəyyən məsələləri tətbiq etmək qabiliyyətinə malik” Avropa Komissiyasının olduğunu bildirib. Əvəzində o, Ermənistanın regionda …

Read More »

Sabah 31 dərəcə isti olacaq

Bakıda və  Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında …

Read More »

Gürcüstanda 15 xarici vətəndaş deportasiya edilib

Gürcüstan DİN-in Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələri tərəfindən kompleks tədbirlər çərçivəsində 15 xarici vətəndaş ölkədən çıxarılıb. “Report”un Gürcüstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə DİN-in məlumatında deyilir. Bunlar Türkiyə, Nigeriya, Türkmənistan, Çin, Hindistan, İordaniya, Misir, Rumıniya, Banqladeş, Livan, İran və Rusiya vətəndaşlarıdır. “Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Qeyri-qanuni miqrasiya ilə mübarizə aparan …

Read More »

Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini …

Read More »