Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start verilib. Boyukmillet.com xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ilk günündə 35 döyüş baş tutub. Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin 6 idmançısı qələbə ilə başlayıb. Yığmanın heyətində Kərim Sultanov (54 kq) komanda yoldaşı Amin Həsənzadəyə tam üstünlüklə qalib gəlib. Nihat Ağayev (60 kq) Davit Narsianı …
Read More »Yearly Archives: 2025
Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç saziş təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Rəsmi qəzet”də məlumat dərc olunub. Bildirilib ki, sözgedən sazişlər turizm, su ehtiyatları və baytarlıq sahələri ilə bağlıdır. Təsdiqlənən sahələr 15 noyabr 2024-cü ildə Bakı, 8 may 2024-cü ildə Ankara və 19 fevral 2024-cü ildə yenə də Ankara şəhərlərində imzalanmış əməkdaşlıq haqqında sazişlərə əsaslanır.
Read More »“Human Rights Watch” Qəzzada aclıqla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
“İsrailin Qəzzaya qarşı blokadası “yox etmə vasitəsinə” çevrilib” “Human Rights Watch” (HRW) Beynəlxalq İnsan Hüquqları Təşkilatı bildirib ki, İsrailin Qəzza zolağına qarşı 8 həftədir tətbiq etdiyi ərzaq, su və humanitar yardım blokadası artıq “yox etmə vasitəsinə” çevrilib. Təşkilatın müvəqqəti icraçı direktoru Federiko Borello mayın 9-da verdiyi açıqlamada belə deyib. “İsrailli rəsmilərin Qəzzanın iki milyon insanını daha kiçik bir əraziyə sıxışdırmaq, qalan əraziləri …
Read More »Ərdoğan Moskva və Kiyev arasında İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb. “Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, türkiyəli lider bunu Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet …
Read More »Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olunub
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhali qətlə yetirməsini əks etdirən sənədləri məhkəmədə tədqiq olunub. Boyukmillet.com-un məlumatına görə, hesabatda bildirilir ki, Ermənistan ordusu Azərbaycanın mülkü əhalisini Qarabağda ələ keçirdiyi bütün ərazilərdən qovub, onlar mülkü əhalini girov götürüb, qaçıb canını qurtarmağa çalışarkən insanları …
Read More »Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri İstanbuldakı danışıqları sabah da davam etdirəcək
Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətləri İstanbuldakı danışıqları sabah da davam etdirəcək. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki etibarlı mənbələr məlumat verib.
Read More »Xorvatiyanın Baş naziri Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirib
Azərbaycan və Xorvatiya arasında enerji sahəsində əməkdaşlıq uğurla və dinamik şəkildə inkişaf edir. “Report”un Albaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, iki ölkə arasında həm neft, həm də qaz sahəsində məhsuldar əməkdaşlıq qurulub. “Bakıya səfərlərim zamanı – həm COP29 iqlim konfransı çərçivəsində, həm də …
Read More »İlham Əliyevlə Nikol Paşinyanın Tiranada ayaqüstü görüşü olub
Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü baş tutub. “Report”un Tiranaya ezam olunan müxbirinin verdiyi məlumata görə, görüş “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində olub. Prezident İlham Əliyevin Albaniyada «Avropa Siyasi Birliyi»nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü#Report #ReportAz #ReportNewsAz #Azerbaycan #Prezident #IlhamAliyev pic.twitter.com/5OutS5hdrR— Report.az (@reportnewsaz) May 16, 2025
Read More »Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
Ukrayna Silahlı Qüvvələrinin bu gün gecə saatlarında hava hücumunun dəf edilməsində iştirak edən F-16 təyyarəsi ilə əlaqəsi kəsilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının sosial şəbəkələrdəki məlumatına istinadən bildirib. “Mayın 16-da saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək tapşırığını yerinə yetirirdi”, – hərbçilər bildiriblər. …
Read More »Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
Başqırdıstanın (Rusiya) Salavat şəhərində yerləşən müəssisəsinin ərazisində partlayış baş verib, dağıntılar altında qalan var. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. “ * ₼Bildirilb ki, partlayışdan sonra üç nəfər ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilib. Dağıntılar altında qalan insanın axtarışı üçün bütün zəruri tədbirlər görülür. Qurumun məlumatına görə, yanğının söndürülməsi davam edir. Operativ xidmətlərdən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar