Şimali Koreya Yaponiya dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Onların qısamənzilli olduğu güman edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən “Yonhap” agentliyi məlumat yayıb. Onun məlumatına görə, raketlər Şimali Koreyanın cənub-şərqindəki Vonsan şəhəri rayonundan buraxılıb. Bundan əvvəl Pxenyan Sarı dəniz istiqamətində bir neçə ballistik raketi martın 10-da, ABŞ və Cənubi Koreya “Freedom …
Read More »Yearly Archives: 2025
Gürcüstan DTX ABŞ səfirliyinin partlayış təhlükəsi barədə xəbərdarlığını əsassız hesab edib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ-nin Tbilisidəki səfirliyinin paytaxtın üç böyük ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı yaydığı xəbərdarlığı əsassız olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb. “Xüsusi xidmətlər növbəti yalan məlumat faktı üzrə işləyirlər”, – təhlükəsizlik xidmətində qeyd ediblər. DTX həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik korpusları “təhlükəsizliyə məsul xidmətlərin fəaliyyətinə hörmətlə yanaşmağa, daha çox …
Read More »SON XƏBƏR: Prezident İlham Əliyev 9 May Qələbə Paradına getməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər.
Read More »BƏƏ İsrail və Suriya arasında gizli danışıqlarda vasitəçi kimi çıxış edir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail və Suriya arasında artan gərginlik fonunda birbaşa olmayan əlaqələr üçün kommunikasiya kanalı yaradıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən bildirib. Onların sözlərinə görə, danışıqlar təhlükəsizlik və kəşfiyyat məsələlərinə yönəlib, Suriya ilə İsrail arasında etimadın gücləndirilməsini hədəfləyir. Qeyd olunub ki, kanal Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın aprelin 13-də BƏƏ-yə rəsmi səfərindən bir …
Read More »Prezident İlham Əliyevin Vyetnam KP MK Baş katibi ilə məhdud tərkibdə görüşü başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb. Bu barədə “Report”un əməkdaşı xəbər verir.
Read More »Daha bir QHT sədri barəsində cinayət işi açıldığı, axtarış elan olunduğu bildirilir
Dediyinə görə, Baş Prokurorluqdan göndərilən məktubda o, 87 min dollar vəsaiti mənimsəməkdə ittiham olunur “Şəffaf idarəçilik” İctimai Birliyinin sədri Cəmil Hacıyevin “QHT işi” ilə əlaqədar təqsirləndirilən şəxs kimi tanındığı və barəsində axtarış elan edildiyi bildirilir. Bu barədə Cəmil Hacıyev Meydan TV-yə bildirib. Hazırda üçüncü ölkədə olan Cəmil Hacıyev deyib ki, onun ünvanına Baş Prokurorluqdan istintaqa dəvət məktubu gəlib, “QHT işi” …
Read More »Azərbaycan Türkiyə ilə yeni laboratoriya şəbəkəsinin qurulmasına dair yeni müqavilə imzalayıb
Azərbaycan Metrologiya İnstitutu (AzMİ) yeni laboratoriya şəbəkəsinin qurulması ilə bağlı Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında yeni müqavilə imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, sənədi iki qurumun rəhbəri – Xamis Seyranov və Mustafa Çetintaş imzalayıb. Müqaviləyə əsasən, AzMİ-nin nəzdində 10 yeni …
Read More »Hindistanda 18 hava limanı bağlanıb, 200-ə yaxın uçuş ləğv edilib
Cammu və Kəşmir bölgəsindəki Srinqar da daxil olmaqla Hindistanın ən azı 18 hava limanı bölgədəki vəziyyətlə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb, 200-ə yaxın uçuş ləğv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazıb. “Aviaşirkətlər müxtəlif hava limanlarına və bu aeroportlardan 200-dən çox reysi ləğv edib. Təkcə “IndiGo” aviaşirkəti 160 reysi ləğv edib”, – nəşr mənbələrə istinadən bildirib.
Read More »Politoloq: Dünya birliyi Hindistan və Pakistan arasında gərginliyin azaldılmasına cəlb olunmayıb
Pakistan və Hindistan xarici siyasətdə praqmatik yanaşmaya malik ölkələrdir. Bu barədə Report’a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib. Onun sözlərinə görə, bu da İslamabad və Delhi arasında nüvə münaqişəsindən qaçmağa ümid verir. Politoloq hesab edir ki, Hindistan KİV-i münaqişənin eskalasiyası ideyasını təşviq edərək, ictimai əhvali-ruhiyyəyə fəal şəkildə təsir göstərməyə çalışır: “Gərginliyin artmasına səbəb olan narahatedici amillərdən biri xüsusilə Hindistan KİV-lərində “cəza” …
Read More »Türkiyə XİN: Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb
Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb. Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub. Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir: “Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar