Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub

Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.  Bildirilib ki, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə müasir standartlara …

Read More »

Azərbaycan və ABŞ bank tənzimlənməsi üzrə ikinci dəfə danışıqlar aparacaq

Mayın 19-23-də Azərbaycandan ABŞ-yə ikinci bank missiyası həyata keçiriləcək. Boyukmillet.com ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) istinadən xəbər verir ki, bu missiya çərçivəsində Vaşinqton və Nyu-Yorka səfərlər, “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctima Birliyi ilə birgə “Bank komplayensi və maliyyə bütövlüyünün gücləndirilməsi: tənzimləmə sahəsində Azərbaycan-ABŞ təcrübə mübadiləsi” adlı tədbir təşkil olunacaq. Təşəbbüsün məqsədi Azərbaycan bankları ilə ABŞ-nin tənzimləyici orqanları, aparıcı maliyyə institutları və …

Read More »

AK 2027-ci ilə qədər Rusiya qazından imtina planını təsdiqləyib

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib. “Bu gün biz “yol xəritəsi”ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik”, – o qeyd edib. AK-nın paylaşımına əsasən, “yol …

Read More »

Rusiyanın AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq prosesini uzatdığı deyilir

“Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir” Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq prosesini beş aydır uzadır. APA-nın mənbəsinə istinadən yazdığına görə, Azərbaycan hər ay bu məsələ ilə bağlı Rusiyaya müraciət etsə də,  qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır və müraciətlərə cavab vermir. “Bu beş ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində …

Read More »

Ramzan Kadırov istefa vermək istədiyini deyir

“Ümid edirəm ki, xahişim dəstəklənəcək”, – Çeçenistan rəhbəri bildirib Ramzan Kadırov hökumətyönlü “Çeçenistan Seqodnya” xəbər agentliyinə müsahibəsində Çeçenistan rəhbəri vəzifəsindən azad edilməsini “xahiş etdiyini” bildirib. Bu şərhi o, “Novaya qazeta. Yevropa” saytında Çeçenistanda hakimiyyətin gələcəyi və onun dəyişdirilməsinin mümkün ssenariləri haqqında dərc olunan məqalədən sonra verib. Amma bu, Kadırovun heç də ilk istefa anonsu deyil. Ramzan Kadırov hələ 2021-ci ilin aprelində ən uzun müddət …

Read More »

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb

36 gündür aclıq edən Yaqublunun məhkəmə zalına beş nəfərin köməyi ilə gətirildiyi bildirilir Bu gün, mayın 6-da Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun ittiham olunduğu cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsində proses keçirilib. İlkin baxış iclasında Tofiq Yaqublu da iştirak edib. 36 gündür aclıq edən Yaqublunun məhkəmə zalına beş nəfərin köməyi ilə gətirildiyi bildirilir. Ayaq üstə dayana bilməyən, …

Read More »

İran ABŞ-nin ikinci dərəcəli sanksiyaları ehtimalına qarşı tədbirlər görüb

Tehran ABŞ-nin İran neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməsi ehtimalına qarşı bütün zəruri tədbirləri görüb. Boyukmillet.com – un məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani brifinqdə bildirib. “Biz zəruri tədbirlər görmüşük və hadisələrin bütün inkişaf ssenarilərinə hazırıq, bizim bütün ssenarilərimiz də tam hazırdır”, – o qeyd edib. ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində İrandan neft və …

Read More »

Hakan Fidan Aİ XİN başçılarının qeyri-rəsmi toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, mayın 8-i Varşavada keçiriləcək toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri müzakirə predmeti olacaq. Toplantı ilə bağlı səfər çərçivəsində Hakan Fidanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Read More »

Azərbaycandan keçməklə qanunsuz yolla Avropa ölkələrinə getmək istəyən sərhəd pozucuları saxlanılıb

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 4 sərhəd pozucusu saxlanılıb. “Report” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.  Belə ki, aprelin 30-da DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər – 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla, mayın 2-də isə daha iki nəfər Əfqanıstan vətəndaşı – …

Read More »