Naməlum şəxslər Suriya paytaxtının cənub-qərbində yerləşən Saxnaya şəhərinin merini güllələyiblər, onunla birlikdə oğlu da öldürülüb. Boyukmillet.com -un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Syria TV” telekanalı məlumat yayıb. Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır. Telekanalın məlumatına görə, mer Husam Varura qarşı sui-qəsd günün birinci yarısında Dəməşq yaxınlığında törədilib. Daha əvvəl siyasətçi sakinləri paytaxtın druzlar yaşayan ətraf …
Read More »Yearly Archives: 2025
Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlarda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirməkdə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Zaur Əsgərovun anket …
Read More »Ermənistanda vəkil müştərisinin polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib
Ermənistanda vəkil Ara Qaragözyan müdafiə etdiyi şəxsin Armavirdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Vəkilin sözlərinə görə, polislər həmin şəxsə evində zor tətbiq edib, bundan sonra onu məntəqəyə aparıblar və ağzını lentlə bağlayaraq döyməyə davam ediblər. Bunu təsdiqləmək üçün o, sosial şəbəkədə video və fotolar yerləşdirib. Zərərçəkmiş şəxs Baş Prokurorluğa şikayət edib. …
Read More »Ombudsman aparatının əməkdaşları reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkar ediblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin monitorinqi prosesinə start verilib. “Report”un Ombudsman aparatının mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, monitorinq zamanı ciddi nöqsanlar aşkar edilib. Monitorinqlər narkomaniya, alkoqolizm, ludomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin …
Read More »Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb
Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyata alınıb. Boyukmillet.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə laboratoriyada eyniləşdirmə işləri aparılacaq: “Bu günə olan …
Read More »Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgərinin öldüyü bildirilir
Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir Ukraynaya qarşı müharibədə Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgərinin öldüyü bildirilir. “Reuters” agentliyi yazır ki, bu barədə məlumat Cənubi Koreya parlamentinin üzvlərinə ölkənin milli kəşfiyyat xidməti tərəfindən ötürülüb. Şimali Koreya qüvvələri indiyədək ümumilikdə təxminən 4 min 700 itki verib – bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir. …
Read More »Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək
Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək. Boyukmillet.com xəbər verir ki, xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə hazırlanacaq. Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin …
Read More »Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. K.Əliyev ona yenidən etimad göstərib təyinatı ilə …
Read More »Dövlət Komissiyası: Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb
Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb. Boyukmillet.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb: “Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu …
Read More »Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha dörd cəzaçəkmə müəssisəsində azad edilməsinə üç ay qalmış məhkumlarla görüşlər keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin 1, 2, 5 və 6 saylı cəzaçəkmə müəssisələrində keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunan cəzaçəkmə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar