ABŞ Səudiyyə Ərəbistanına 100 milyard dollarlıq amerikan silahı almağı təklif edəcək ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına ümumi dəyəri 100 milyard dollardan çox olan Amerika silahlarının satışı haqqında sövdələşmə bağlamağı təklif etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Təklifin 2025-ci ilin may ayında Trampın krallığa planlaşdırılan səfəri zamanı səsləndirilməsi planlaşdırılır. Agentlik qeyd …
Read More »Yearly Archives: 2025
Mehriban Qaralovanın Azərbaycan səhiyyəsində “xidmətləri”
2021-ci ilin sentyabrında ölkənin hər yerində Vətən Müharibəsi şəhidlərinin birinci anım günü qeyd olunurdu. Görünüb ki, matəm günlərində adam qara libas geyinər və yaxud ən azı al-əlvan geyinməz. Millətimiz bu qaydanı həmişə gözləyib, qoruyub… Həmin ilin anım günündə külli-aləm bir qadından danışırdı. Həmin qadın o zaman Abşeron Rayon Səhiyyə şöbəsinin müdiri işləmiş Qaralova Mehriban Zahid qızı idi. Mehriban xanım deyəsən …
Read More »Rusiya dronları Kiyevə hücum edib, ölənlər var
8 nəfər ölüb, 77 nəfər isə yaralanıb Rusiya dronları Kiyevə hücum edib, ölənlər var. Aprelin 24-nə keçən gecə Rusiya qoşunları Ukraynaya raket və pilotsuz təyyarələrlə hücum edib. Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib ki, zərbələr Kiyev, Jitomir, Dnepropetrovsk, Zaporojye, Sumı, Poltava, Xarkov və Xmelnitski vilayətlərində olub. Nəticədə Kiyevdə 8 nəfər ölüb, 77 nəfər isə yaralanıb. Yaşayış binalarına ziyan dəyib, …
Read More »Məhkəmədə Ermənistanın Şuşanı işğal etməsinə qədər baş vermiş hadisələrə dair sənədlər tədqiq olunub
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib. Boyukmillet.com xəbər verir ki, dövlət ittihamçılarının tədqiq etdikləri sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla dəfələrlə atəşə tutulub. Həmin hadisələr zamanı milliyyətcə azərbaycanlı olan şəxslər həlak olub, …
Read More »Kürdəxanıda obyekt yanır
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Read More »Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
Azərbaycan Ordusunun bölmələrinin guya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Mazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə …
Read More »BMT-nin Baş katibinə ünvanlanan məktubda Ermənistanın qızışdırıcı ritorikasına diqqət çəkilib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan nümayəndəsinin qızışdırıcı ritorikasına diqqət çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb. Məktub BMT Baş Assambleyasında və Təhlükəsizlik Şurasında rəsmi sənədi kimi yayılıb. Qeyd olunub ki, xüsusilə, beynəlxalq terrorçuların, hərbi cinayətkarların və irqçi ideoloqların alqışlandığı, milli qəhrəman kimi təbliğ edildiyi …
Read More »İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb
İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD)operativ qərargahında məlumat verib. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib: “Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən …
Read More »Azərbaycan hökuməti Türkiyədəki silsilə zəlzələ ilə bağlı narahatlığını ifadə edib
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib. Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması …
Read More »TƏCİLİ: Əvəz Zeynallının məhkəməsi keçiriləcək – Onun haqqında hansı qərar veriləcək?
“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Qisuri Zeynallı öz facebook səhifəsində Əvəz Zeynallının məhkəməsi ilə bağlı açıqlama verib: “Dəyərli Xuralsexərlər!Əvəz Zeynallının səhhətinin ağırlaşması səbəbindən vəkillərimiz Nizami rayon məhkəməsinə müraciət ediblər. Məhkəmə iclası sabah – 24 aprel 2025-cu il, saat 15:15-də Nizami rayon məhkəməsinin binasında, hakim Nigar Qədirlinin sədrliyilə keçiriləcək.2 il 8 aydır ki, birlikdə yol gəlirik, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar