Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Aİ Kiyevi atəşkəs fonunda dəstəkləməyə davam edəcəyini açıqlayıb

Avropa Komissiyasının (AK) mətbuat katibi Anitta Hipper Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi “pasxa atəşkəsi” ilə bağlı ehtiyatla danışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “Əvvəlcə biz hərbi əməliyyatların real dayandırılmasını və uzunmüddətli atəşkəs üçün aydın addımları görməliyik”, – Hipper deyib. O əlavə edib ki, Ukraynanın qeyd-şərtsiz atəşkəsə razılaşmasından bir aydan çox vaxt keçib və vurğulayıb ki, …

Read More »

Hakan Fidan HƏMAS nümayəndə heyəti Qəzzadakı mümkün atəşkəsi müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, görüş zamanı Yaxın Şərqdəki son durum barədə danışılıb. Tərəflər Qəzzada daimi atəşkəsin təmin olunmasını müzakirə ediblər. Həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısının alınması və bunun mənfi nəticələri barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Siyasi Büronun rəisi Məhəmməd Dərvişin rəhbərlik …

Read More »

AXCP və Milli Şura mitinq keçirməyi planlaşdırır

Mitinqin “Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq!” tələbilə keçirilməsi istənilir Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura “Siyasi məhbuslara azadlıq!” tələbi ilə mitinq keçirməyi planlaşdırır. Bu barədə məlumatı AXCP sədri Əli Kərimli verib. Bildirib ki, “Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq!” tələbilə keçiriləcək mitinqlə əlaqədar AXCP-də və Milli Şura strukturlarında müzakirələr başa çatmaq üzrədir. Azərbaycanda sonuncu dəfə mitinq …

Read More »

Qarabağın QHT işğalı (I yazı)

Korrupsiyaya qarşı mübarizədən söhbət düşəndə qeyri-hökumət təşkilatları rəhbərləri həmçinin işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda gedən abadlıq-quruculuq işləri üçün keçirilən tenderlərin ictimai nəzarətdə saxlanılmasınınvacibliyini də vurğulayırlar. Lakin gəlin görək, onların özlərinin bu işə verdikləri “töhfələr” nələrdən ibarətdir. Başlayaq elə çox da uzaq olmayan 2022-ci ildən, lap elə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi …

Read More »

İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirildi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb. Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi …

Read More »

Kartofun qiyməti artır

Xaricə satılan kartofun qiyməti daxili bazarda satılan kartofun qiymətindən 2,2 dəfə ucuz olub Bu ilin ilk 3 ayında Azərbaycandan xarici ölkələrə 1 009,4 ton kartof ixrac edilib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, son 3 ayda ixrac olunan kartofun təxminən 82%-i, yəni 831 tonunun ixracı martda həyata keçirilib. Martda ölkə daxilində kartofun pərakəndə satış qiyməti 1 manat 25 qəpik olub. …

Read More »

Ölkə ərazisinə 6 kq-a yaxın narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş …

Read More »

Konqoda yanan gəmi batıb, 148 nəfər ölüb

Konqonun şimal-qərbində yanan gəminin batması nəticəsində 148 nəfər ölüb, 100-dən çox adam itkin düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Qeyd olunub ki, hadisə aprelin 16-da baş verib. Belə ki, göyərtəsində təxminən 500 nəfərin olduğu taxta “HB Kongolo” gəmisi Matankum limanından çıxaraq Konqo çayı ilə Bolomba şəhərinə doğru üzürmüş. Sərnişinlər üçün yemək hazırlanan mətbəxdə başlayan yanğın …

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More »